Ukrayna prezidenti Vladimir Zelenski Krımı ələ keçirmək cəhdində Adolf Hitlerin taleyini gözləyir. Elchi.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Larri Conson “Judging Freedom” “YouTube” kanalına müsahibəsində iki siyasətçini müqayisə edib.
“Düşünürəm ki, Ukraynanın kosmik proqramı həyata keçirmək və Veneraya enmək şansı Krımı ələ keçirməkdən daha çoxdur. Sadəcə olaraq, onların belə ordusu yoxdur, onlar tamamilə Qərbin maliyyə və hərbi yardımından, eləcə də kəşfiyyatdan asılıdırlar”.
Onun sözlərinə görə, bu, ona 1945-ci ilin yazında Vermaxtın məğlubiyyəti ərəfəsində Hitlerin Berlin bunkerində olduğu vəziyyəti xatırladır. Keçmiş ABŞ agenti vurğulayıb ki, Ukrayna liderini də eyni ssenari gözləyir.
Havar Şəfiyeva






