Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrda Yeni Dehlidə keçiriləcək G20 sammitinə niyə dəvət edilmədiyini açıqlayıb. Elchi.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
O, qərarı G20-nin iqtisadi təşkilat olması və onun sammitinin enerji, gübrə və qida problemlərinin müzakirəsinə yönəlməsi ilə izah edib. “Bu, BMT Təhlükəsizlik Şurası deyil, G20-dir. G20 qlobal təhlükəsizlik məsələləri ilə məşğul deyil”, – XİN rəhbəri bildirib.
Jaishankar əlavə edib ki, Rusiya da daxil olmaqla, G20-nin bütün üzvləri sentyabrın 9-10-da Hindistan paytaxtında keçiriləcək görüşə dəvətlidirlər.
Subramanyam Jaishankar hələ iyun ayında Vladimir Zelenskinin sammitə dəvət olunmayacağını açıqlayıb.O qeyd edib ki, məsələ Hindistan tərəfdən heç kimlə nəzərdən keçirilməyib və müzakirə edilməyib.
Havar Şəfiyeva






