"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MN-də Koordinasiya Komissiyasının iclası keçirildi

17 Avqust 2023 - 10:46
in GÜNDƏM

Müdafiə Nazirliyində İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bu barədə Elchi.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasdan əvvəl İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və Komissiyanın üzvləri Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi və Hərbi Hava Qüvvələrinin yeni istifadəyə verilmiş Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə yaxından tanış olublar.

Müdafiə Nazirliyində informasiya təhlükəsizliyi sahəsində görülmüş işlərlə tanışlıqdan sonra müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Koordinasiya Komissiyasının üzvlərinə sahə üzrə layihələrlə bağlı ətraflı məlumat verib.

Komissiyanın sədri İlqar Musayev Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunda informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirərək Komissiyanın növbəti iclasının keçirilməsi üçün yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası öncədən müəyyən olunmuş gündəliyə uyğun müzakirələrə başlayıb.

Gündəliyə uyğun olaraq Koordinasiya Komissiyasında informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan məsələlər müzakirə olunub. Komissiyaya üzv qurumların nümayəndələrindən ibarət yaradılmış və 5 fərqli istiqamət üzrə fəaliyyət göstərən işçi qruplarda keçirilən görüşlərin nəticəsi və görülən işlərlə bağlı məlumat verildi, müvafiq qərarlar qəbul olunub.

Komissiyanın gündəliyinə daxil edilən məsələlərə həsr olunan müzakirələrdə komissiya üzvləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Rəşad Həmzəyev, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini, general-leytenant Zaur İsmayılov, Müdafiə Nazirliyinin Rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik baş idarəsinin rəisi, general-mayor Məmməd Eminov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev rəy və təkliflərlə çıxış etdilər.

Sonda Komissiyanın sədri müzakirələrdə aktiv iştirakına görə üzvlərə təşəkkür edərək müzakirə olunan məsələlərin protokollaşdırılması, zəruri tədbirlərin görülməsi, birgə layihələrin hazırlanmasının vacibliyini bildirdi. İnformasiya təhlükəsizliyi sahəsində qarşıda duran məsələlərin çoxluğunu nəzərə alaraq belə məhsuldar iclasların daha intensiv keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BMT Rusiyanın Dunay vasitəsilə taxıl daşınmasından narahatdır

Next Post

Füzuli şəhərinə ilk köç başlayır

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Füzuli şəhərinə ilk köç başlayır

Füzuli şəhərinə ilk köç başlayır

Tony Blair geri dönür?

Tony Blair geri dönür?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.