Terrorçular Tillaberi bölgəsində bir neçə kəndə hücum ediblər.
Elchi.az xəbər verir ki, Nigerin Tillaberi bölgəsindəki kəndlərə silahlıların hücumu nəticəsində azı 31 dinc sakin həlak olub. Hücum avqustun 15-də baş verib. Bu barədə mənbələrə istinadən ActuNiger nəşri məlumat yayıb.
“Çərşənbə axşamı günü Tillaburi bölgəsindəki bir neçə kənddə terrorçu olduğu güman edilən silahlı şəxslərin basqınları nəticəsində ən azı 31 nəfər öldürülüb”, – deyə nəşr bildirib ki, ölənlərin hamısı mülki şəxslərdir.
Şayəstə Hüseynova





