Avqustun 13-ü bazar günü ABŞ-ın Pensilvaniya ştatında bir evdə baş verən partlayışda həyatını itirənlərin sayı 6-ya çatıb.
Elchi.az xəbər verir ki, Plum bölgəsində partlayışın mənbəyini hələ də araşdıran səlahiyyətlilər, 56 yaşlı Paul Oravitz və 51 yaşlı həyat yoldaşı Heather Oravitz’in evində isti su anbarının olduğunu açıqladı.
Bədənində ağır yanıq xəsarətləri alan Paul Oravitsin partlayışdan 4 gün sonra xəstəxanada ölməsindən sonra ölənlərin sayı 6-ya çatıb.
Allegheny rayon Yanğından Mühafizə İdarəsinin araşdırması davam edir.
Partlayışın təsiri ilə 3 ev dağılıb, 5 nəfərin həyatını itirdiyi açıqlanıb.
Şayəstə Hüseynova




