F-16 qırıcılarının Danimarka və Hollandiyadan Ukraynaya təhvil verilməsinin təsdiqlənməsi Ukrayna Silahlı Qüvvələri üçün təlimlərin başlamasına imkan verəcək. Elchi.az xəbər verir ki, bu barədə “Politico” ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“Beləliklə, Ukrayna pilotların birinci qrupu təlimlərini başa vuran kimi özünün yeni imkanlarından tam istifadə edə biləcək”, – deyə mənbə bildirib.
Materialda qeyd olunub ki, birlikdə atılan bu addımlar Vaşinqtonun döyüş təyyarələrini ən qısa zamanda döyüş meydanına çatdırmaq niyyətindən xəbər verir.
Qeyd edək ki, bundan əvvəl ABŞ hakimiyyəti Danimarka və Hollandiyanın Ukraynaya F-16 qırıcı təyyarələrinin tədarükünü təsdiqləyib. ABŞ-ın dövlət katibi Entoni Blinkenin artıq Danimarka və Hollandiyadakı həmkarlarına müvafiq məktub göndərdiyi vurğulanır, lakin qırıcıların çatdırılma vaxtı barədə dəqiq məlumat verilmir.
Havar Şəfiyeva




