"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ÖLƏNLƏRİN XATİRƏSİNƏ, QALANLARIN YADDAŞINA… – Zabitin gündəliyi- II hissə

30 Yanvar 2015 - 22:25
in CƏMİYYƏT MANŞET

II hissə1017759_400996333385611_8304831432371743208_n
Ermənilər bu rayonda, demək olar, bütün əsas döyüş qabiliyyətli hissələrini yerləşdirmişdilər. Dəqiq kəşfiyyat məlumatlarına görə, bu məntəqəyə Maqadiz , Ağdərə, Mesşenski alayları, Akop Komari taboru, Stavropol əyalətindən cəlb olunmuş müzdlu süvari kazak taboru toplanmışdı. Bu, yalnız hücum üçün cəlb edilən hissələr idi. Hələ, yəqin ki, ehtiyat qüvvələri də mövcud idi. Həmin cəbhədə artıq iki ildən artıq idi  ki, döyüşlər gedirdi. Bizim hissələr də böyük təcrübəyə malik idilər. Amma yeni erməni qüvvələrinin qarşısında döyüşlərdən yorulmuş, şəxsi heyəti ciddi itkilərə məruz qalan bizim bizim hərbi hissələrin dayana biləcəyini düşünmək, əlbəttə, böyük risq idi.

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Hissə Tərtərə yetişən kimi baş qərargah hücum əmri vermək istədi. Komandir isə yerli şəraiti öyrənmək üçün heç olmasa iki sutka vaxt lazım olduğunu bildirdi. Ancaq cəmi 1 sutka vaxt ala bildi. Vaxt, doğrudan da, çox az idi. Amma, təbii ki, əmr müzakirə olunmur, yerinə yetirilir. Döyüş tapşırığına əsasən 30.01.1994-cü il səhər saat 5-də 776-cı hərbi hissəninin bölükləri müxtəli istiqamətlərdən hücum edərək qəflətən düşmən mövqelərinə çıxmalı, Gödəkburun, Şorbulaq, Ağdərə, Vışka, Ezniqumer məntəqələrini tutmalı, burada olan bir çox əlverişli yüksəkliklərdə möhkəmlənərək bizim digər hərbi hislərimizin gəlməsi üçün şərait yaratmalı idilər

776 saylı hərbi hissə komandirinin ƏMRİ (çıxarış) 30.01.1994-cü il. Tərtər.
1. I bölük düşmənin sol cinahından keçərək manevr etməklə 782.0 yüksəkliyini, daha sonra 782.0 yüksəkliyini tutsun. Daha sonra isə hücum edərək 789.7 yüksəkliyini tutsun;
2. II bölük Şorbulaq vadisindən keçərək 704 yüksəkliyini tutub yolu kəssin;
3. III bölük 781.3 və 690.8 yüksəkliklərini tutsun;
4. IV bölük Gödəkburun belindəki 708.1 yüksəkliyini tutmaqla 2-ci və 3-cü bölüklərin tapşırıqlarını yerinə yetirməyə kömək etsin.
7. Hücuma saat 05-də 30.01.94-cü il tarixində başlanılsın.
Təbii ki, əmr rus dilində və geniş yazılıb ( tərcümə mənə məxsusdur – T.E.). Əsas məqamları diqqətinizə çatdırıram. Hücum deyilən vaxt, yuxunun şirin anında ermənilərin gözləmədiyi məqamda başladı. Hər 3 bölük əsasən təcrübəli döyüşçülərdən ibarət idi. Yalınız 4-cü bölüyün əsgərləri təlimdən yeni gələnlər idilər. Amma buna baxmayaraq öz yoldaşlarından geri qalmadılar.

Ağayev ona yerli hissə tərəfindən rezerv kimi verilmiş 100 nəfər gənc əsgəri və komandirləri olan leytenantı atəş xəttindən arxada saxladı. Təcrübəli komandir bilirdi ki, onlar yalnız qurbanalıq ola bilər. Ona görə elə arxada qalmaları məsləhətdir. Döyüşçülərimiz qəfil hücumla ilk səngərləri alıb orada olanları məhv etdilər. Amma düşünülmüş müdafiə quran düşmən ciddi müqavimət göstərməyə başladı. Havanın işıqlaşması ilə mövqelər aydınlaşırdı. Təbii ki, bizimkilərin yerli relyefi lazımınca tanımamağı düşmənin xeyrinə işləyirdi.

Artıq düşmən minaatanlardan atəş açmağa başlamışdı. Bu an rabitə vasitəsilə aydın oldu ki, hazırlanmış plana uyğun olaraq bizə verilməli olan artilleriya dəstəyi kəsilib. Komandir həmin vaxt atəş xəttinə yaxın məsafədə rabitə maşınından bütün bölüklərlə əlaqə saxlayaraq döyüşü idarə edirdi. Döyüşü yalnız ekranlardan izləyənlər, bəzən elə bilirlər ki, müharibə yalnız hamının ura deyə hücum etməsidi. Əsl döyüşün taleyi isə onun necə idarə edilməsindən asılıdır. Mən öz komandirimin döyüşləri idarəetmə bacarığına heyran idim..
Komandirin yağlı söyüşlərindən sonra məlum oldu ki, sən demə…. hər vaxt olduğu kimi məsuliyyətsizlik ucundan döyüşə lazım olan qədər mərmi ehtiyatı görülməyib. Yenidən mərmilərin gətirilməsi isə ən azı 1 saata başa gələ bilərdi. Döyüşdə isə nəinki saat, dəqiqənin belə öz hökmü var. Həmin vaxt vəziyyətdən çıxış kimi ordakı bir tankdan istifadə olundu.
Döyüşdə iştirak edən hər bir kəsi yada salmaq bizim mənəvi borcumuzdur. Amma bunun imkan xaricində olduğunu bilirsiniz. Həlak olan yoldaşların bəziləri haqında isə mütləq danışmalıyam:
I bölüyün komandiri leytenant Rizvan Mədətov artıq iki il idi ki, hərbi məktəbi bitirib bizdə xidmət edirdi. Bir az ərköyünlüyü var idi( məncə, kəşfiyyatçı zabit elə belə də olmalıdı), ona görə də bir qədər öncə onun bölük komandirliyinə təyin olunmasına komandanlıq ehtiyatla yanaşırdı. Amma Rzvanı ötən döyüşlərdən yaxşı tanıdığım üçün onun vəzifəyə təyin olunmasını israr etdim və buna nail oldum. İndi bilmirəm, əgər o bölük komandiri olmasaydı, həlak olardımı? (Rizvan sonrakı döyüşlərdə hücum edən düşməni ləngitmək üçün bölüyün çəkilməsinə əmr vermiş, bir əsgəri ilə birlikdə həlak olasa da, şəxsi heyətin vaxtında geriyə salamat çəkilməsini təmin etmişdi.) Bildiyim bircə odur ki, layiqli zabitin irəli çəkilməsinə nail olmuşdum…
Leytenant Abdulla Rəhimov bölük komandirinin müavini idi. Əfqanıstanada gizir rütbəsində xüsusi təyinatlı briqadada taqım komandiri olmuşdu. Taborun əsasını qoyanlardan idi. Yaralı əsgərini xilas edərkən düşmən gülləsinə tuş gəlmişdi.
Leytenant Aydın Manerov kosmonavt Musa Manerovun əmisi oğlu idi. Mudrakın taborunda yaralanıb II qrup əlil olmuşdu. Amma bunula razılaşmayıb FTEKƏ mürciət edərək III qrupa dəyişmiş və könüllü olaraq bizm hərbi hissəyə qullquğa gəlmişdi…

Daha kimlər, kimlər…
İki saatdan artıq davam edən gərgin döyüşdə əsəgərləri saxlamaq artıq hissənin məhvi demək idi. Çünki ermənilərə əlavə qüvvə gəlmişdi, bizmkilərin isə sursatı tamam tükənmək üzrə idi. Rabitə rəisi Rəşid Əliyevin israrlı xahişlərindən sonra Batya (əsgərlər böyük məhəbbətlə komandiri belə adlandırırdılar – T.E.) məsuliyyəti öz üzərinə götürərək planlı şəkildə geriyə çəkilmək əmri verdi. Çünki peşəkarlar yaxşı bilirlər ki, kortəbii geri çəkilmə zamanı da  böyük itkilər olur.
Beləliklə, geriyə çəkilərək döyüşə yekun vurulur. Komandir bu istqamət üzrə nazir müvani polkovnik E.Orucovun yanına gələrək məruzə edir: “Böyük itkilərdən qaçmaq üçün döyüşü saxlamalı oldum. Bütün məsuliyyət mənlikdir. Hər şeyə hazıram!”
Yerindən qalxan nazir müavini Ağayevi qucaqlayaraq deyir: Kişi (mujik), sən dediyinin fərqindəmisən? Biz ümümən sizin burdan salamat çıxacağınızı gözləmirdik. Aldığımız məlumata görə, düşmən bu sahədə hücuma keçməli idi. Buyur, oxu bu radio “prixvatı”: “30 YNVARDA HÜCUMA KEÇƏCƏYİK. TƏRTƏRİ İŞĞAL ETMİŞİK. GƏNCƏ YOLU AÇIQDIR”.

Siz aşağıdan yuxarıya heç bir artilleriya hazırlığı olmadan hücum etmisiniz. Düşmən sayca sizdən üç dəfə çox idi. Sizin qarşınızda yerinə yetirilməsi qeyri-mümkün tapşırıq var idi. Biz ümid edirdik ki, sizlər həlak olsanız da, heç olmasa, ermənilərin hücumu bir qədər ləngiyəcək. O vaxta qədər də biz digər müdafiə tədbirləri üçün vaxt qazanacağıq. Uşaqlara mənim adımdan təşəkkür et!..
Doğrudan, bu müharibələr tarixində çox nadir hadislərdən sayıla bilərdi. Sayca az, özündən mövqecə üstün olan düşmən bu döyüşdə 79 ölü, 119 yaralı vermişdi. Bizim itkimiz isə 17 ölü, 42 yaralı idi(düşmən itkiləri radiao “perexvat”, həmçinin bizim döyüşçülərin şahidlyi ilə təsdiq olunur).
Bir haşiyə: Verilən tapşırıqları icra edib Bakıdan Tərtərə gəldim. Birinci döyüş arxada qalmışdı. Komandirlə hamının yanında tam nizmanaməyə uyğun davarnsaq da, ikilikdə çox yaxın və səmimi idik. Biz ona güvənirdik. Bilirdik ki,  hamızdan müdrik və güclüdür. Eldar Ağayev həmişə mənlə qucaqlaşdığı halda, indi əlini uzadıb üzünü yana tutaraq dedi: “Tarlan, rebyata poqibli…”

Mən ilk və son dəfə komandirimin gözündə yaş gördüm. Yəqin o da bunu məndən gizlətmək üçün üzünü yana çevirmişdi. Həm də bəlkə doğmasını görən insan kimi bu dəfə hisslərini cilovlaya bilməmişdi, biruzə vermişdi…
Bu döyüşdən sonrada həmin rayonda, atəşkəsə qədər, hətta sonralar da hissəmiz digər hissələr kimi rəşadətlə döyüşdü. Əgər ömür vəfa edərsə, onalar haqqında da söhbət açarıq.

Hələlik isə xatırlamaq, xatırlatmaq, düşünmək və fəxr etməliyik; belə insanlarla bir dövrdə yaşadığımıza, bir yerdə xidmət etmək şərəfinə nail olduğumuza görə…

Tərlan EYVAZOV

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Abbas Abbasov ifşa olundu…

Next Post

İsrail prezidentindən Xocalı faciəsilə bağlı tarixi jest

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

İsrail prezidentindən Xocalı faciəsilə bağlı tarixi jest

Hesablama Palatasının sədrindən Qüdrət Həsənquliyevə təbrik

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.