İzmirin Çeşmə və Menderes rayonları yaxınlığındakı Türkiyə ərazi sularında yunan ünsürləri tərəfindən tərk edilmiş rezin qayıqda olan 91 qeyri-qanuni miqrant xilas edilib, 20 qeyri-qanuni miqrant isə yaxalanıb.
Elchi.az xəbər verir ki, Sahil Mühafizəsi Komandanlığının internet saytında yer alan açıqlamada, Çeşmə rayonu yaxınlığındakı Karaada adasında bir qrup qeyri-qanuni miqrantın olduğu məlumatı üzərinə bölgəyə bir Sahil Mühafizə gəmisi göndərilib.
Komandalar Yunan ünsürləri tərəfindən rezin qayıqlarla geri itələnərək adaya öz vasitələri ilə enən 14 nizamsız miqrantı xilas edib.
Menderes rayonu açıqlarında rezin qayıqlarda nizamsız miqrantların olması xəbəri üzərinə Sahil Mühafizəsinin qayıqları bölgəyə istiqamətləndirilib.
Yunan ünsürləri tərəfindən yenidən Türkiyə ərazi sularına buraxılan rezin qayıqlarda olan 77 qeyri-qanuni miqrant xilas edilərək gəmidən endirilib.
Nuranə Məmmədova





