"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan BMT-də növbəti fiaskoya uğradı – Deputat

19 Avqust 2023 - 15:08
in SİYASƏT

BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023- cü il tarixli növbədənkənar iclası birmənalı olaraq Azərbaycanın daha bir qələbəsi kimi qiymətləndirilməlidir. Keçirilən dinləmələrdə bir daha müəyyən olundu ki, Ermənistanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardan ibarət növbəti avantüradır. Rəsmi İrəvan növbəti dəfə Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi və Laçın-Xankəndi yolunun beynəlxalq güclərdən istifadə edərək açılması üçün əlində olan bütün imkanları səfərbər etsə də, buna nail ola bilmədi. Ermənistan həm növbəti dəfə ciddi məğlubiyyətə uğradı, həm də beynəlxalq müstəvidə təsir imkanlarının tükəndiyini və dövlət olaraq iflas durumda olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Elchi.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.
O bildirib ki, rəsmi İrəvan Təhlükəsizlik Şurasına müraciətinə hansısa bir zəmin yaratmaq üçün bir neçə ay ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədilə riyakar kampaniya aparıb:
“İlk növbədə qeyd olunmalıdır ki, Ermənistanın riyakarlığını təsdiqləyən ən böyük sübut bu ölkənin 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymadığı halda, indi bu qurumdan yardım diləməsi faktının özüdür. Hərçənd bu, ermənilər üçün adi bir haldır. Lakin bu dəfə onlar öz niyyətlərinə nail ola bilmədilər. Qarabağda müvəqqəti mövcud olan separatçı rejimin və Ermənistanın gözləntilərinin əksinə olaraq, keçirilən müzakirələrdə iştirak edən dövlətlər nə xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, nə qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, nə Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, nə də ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etdilər. Azərbaycanın daha bir uğuru da bu oldu ki, Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə gətirilən iddiaların nəticə almaması, onun bu məsələləri bir daha hansısa beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalını sıfıra endirdi.”
K.Qafarov xüsusi olaraq vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Ermənistanın tezislərinin heç bir dövlət tərəfindən dəstəklənməməsi birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin bariz nəticələrindən biridir:
“Əslində, TŞ-də keçirilən müzakirələrin nəticələri gözlənilən idi. Məsələ bundadır ki, Ölkə Prezidenti İlham Əliyevin məhz strateji düşüncəni ön planda tutaraq həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış xarici siyasət kursu Ermənistanın son ümidlərinin də puça çıxmasını öncədən şərtləndirmişdi. Bundan başqa, möhtərəm dövlət başçımız dəfələrlə bəyan edib ki, Azərbaycan hökuməti Qarabağda yaşayan bütün sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları da məhz Azərbaycanın mövqeyini bir qədər də gücləndirdi və ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. BMT Təhlükəsizlik Şurası Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə və diaspordakı daşnaklara “müstəqil Artsax” adlı dövlət qurumunun olmayacağını qəti şəkildə bildirdi və bununla da rəsmi İrəvanın manipulyasiyalarına aldanmadığını nümayiş etdirdi” .

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kanadada yanğın: Britaniya Kolumbiyasında fövqəladə vəziyyət elan edildi

Next Post

İranda saxlanılan Şərur sakinləri sərbəst buraxıldı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İranda saxlanılan Şərur sakinləri sərbəst buraxıldı

İranda saxlanılan Şərur sakinləri sərbəst buraxıldı

Nigerə mümkün müdaxilənin tarixi… – ECOWAS komissarı

Nigerə mümkün müdaxilənin tarixi... – ECOWAS komissarı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.