Hollandiyada müsəlmanlara qarşı hərəkatın lideri Türkiyə səfirliyinin qarşısında Quranı cırıb.
Elchi.az xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.
Nəşrin məlumatına görə, insident avqustun 18-də Haaqa şəhərində baş verib . Nümayişçi Edvin Vaqensveld daşqalaq edilib. Eyni zamanda 20-yə yaxın polis onu izdihamdan qoruyub.
Hollandiyanın ədliyyə naziri Dilan Yeşilgöz müqəddəs kitabın dağıdılmasını “ibtidai” adlandırıb, lakin ölkə qanunlarının belə hərəkətlərə icazə verdiyini qeyd edib.
Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin (QMQMM) sədri İsmayıl Berdiyev belə bir fikir bildirib ki, İncil və Qurana istehzaya görə cinayət cəzasının tətbiqi təcrübəsi “ən yüksək beynəlxalq səviyyədə” tətbiq edilməlidir.
Bu il iyunun 28-də İsveçdə Quranın yandırılması ilə bağlı aksiya keçirilib və bu aksiya İslam dövlətlərinin etiraz və qınaq zəncirinə səbəb olub. Bunu yerli polisin icazəsi ilə İraqdan olan 37 yaşlı Salvan Momika adlı mühacir həyata keçirib.
Nuranə Məmmədova






