Niameyə gələn Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) nümayəndə heyətinin üzvləri Nigerin devrilmiş prezidenti Məhəmməd Bazum ilə görüşüblər.
Elchi.az xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.
Onun sözlərinə görə, Bazumla görüşdə, xüsusən, Nigeriyanın keçmiş prezidenti, nümayəndə heyətinə başçılıq edən general Abdusalami Abubakar, eləcə də üsyançıların yaratdığı hökumətin rəhbəri Əli Lamin Zeyn iştirak edib.
RFI qeyd edir ki, görüşdə ciddi müzakirələr aparılmayıb və ictimaiyyət nümayəndələri ilk növbədə fəaliyyəti dayandırılmış prezidentin saxlanma şəraiti ilə tanış olmaq üçün gəliblər.
Nümayəndə heyəti işinə general Abdurahman Tchianinin başçılıq etdiyi üsyançılarla görüşlə başlayıb. Nümayəndə heyətinin üzvləri puşistləri respublikada konstitusiya quruluşunu bərpa etməyə çağırıblar.
Nuranə Məmmədova




