Türkiyə və BMT taxıl sazişinin bərpası üçün layihə təklifləri hazırlayır, Moskva və Kiyev arasında texniki danışıqlar İstanbulda keçirilə bilər.
Elchi.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
“Qlobal problemləri, xüsusən də inkişaf etməmiş ölkələrdə yarana biləcək miqrasiya və qeyri-sabitliyi təhrik etməmək üçün Türkiyə BMT ilə birlikdə taxıl dəhlizinin istifadəyə verilməsi üçün layihə təklifləri hazırlayır. Moskva və Kiyev arasında dəhlizin aktivləşdirilməsi ilə bağlı texniki danışıqların İstanbulda keçirilə biləcəyi iddia edilir”, – nəşr bildirib.
Qeyd edək ki, 18 iyul tarixindən Rusiya taxıl sazişindən çıxdığını elan edib.
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...






