Azərbaycan ictimai-siyasi tarixinin görkəmli şəxsiyyətlərindən olan Məhəmməd Əmin Rəsulzadə, eyni zamanda
pedaqoji fikir tariximizdə də ən layiqli yerlərdən birini tutan nəzəyyəçidir. Bütün həyatı və fəaliyyətinin kökündə millilik, tarixilik, xəlqilik, müasirlik duran M.Ə.Rəsulzadənin pedaqoji görüşlərində bu günkü təhsil quruculuğunda böyük əhəmiyyət kəsb edən vətəndaş-insan, vətəndaş-şəxsiyyət probleminin həlli istiqamətləri öz əksini tapmışdır. O, yüzilliklər ərzində təhsilin fars, ərəb, XIX əsrdən sonra isə rus dillərində aparılmasını kəskin tənqid edərək yazırdı:”Çarizm Azərbaycanda ruslaşdırma siyasətini iki istiqamətdə həyata keçirməyə başladı: birincisi, üləmaları, mollaları və əfəndiləri idarələrdə məmur vəzifəsinə təyin edərək öz xidməti qulluqçularına çevirirdi, ikincisi isə azərbaycanlı uşaqları rus məktəblərində oxudub onlardan rus təbiətli “uçitellər” hazırlayırdı. Beləliklə, doğma klassiklərimiz əvəzinə, Güney Azərbaycandakı “mirzələr” Firdovsini, Sədini. Şimali Azərbaycandakı “uçitellər” isə Puşkini, Lermontovu, Tolstoyu və başqalarını təbliğ etməyə başlayırdılar. Nə farslaşmış “mirzələr”, nə də ruslaşmış “uçitellər” xalqın istək və arzularını başa düşürdülər.Lakin tədricən “uçitellər”anladılar ki, xalqımızın övladlarına Puşkin, Tolstoyla yanaşı Füzulini, Şirvanini, Sabiri, Cavidi, Ə.Cavadı oyrətmək lazımdır”. Dövrün maarifçi ziyalıları kimi M.Ə. Rəsulzadə də məqalələrində milli yazılı və şifahi ədəbiyyatın, tarixi əsərlərin gənc nəslin təlim-tərbiyəsində, onlarda milli özünüdərki formalaşdırmaqda mühüm rol oynadığını yazırdı. “Azərbaycan Cümhuriyyəti” adlı əsərində yazırdı: “Naməlum müəlliflərin yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. bu kimi dastanlar ürək yaxan aşıq sazlarının ruhnəvaz ahəngləri altında Azərbaycan türk kütləsinin qəlbinə elə sinir, elə yerləşirdi ki, onunla farsın “Nuş afərin”i, “Fərhad və Şirin”i, hətta, Firdövsi ilə Hafizi belə rəqabət edə bilməzdi” . M.Ə.Rəsulzadə XX əsr məktəbini elm, texnika mərkəzi, heç bir partiyanın mənafeyinə xidmət etməyən müqəddəs ocaq hesab edirdi. Məktəbdə hər cür əmrə tabe, “qulağı sırğalı” gənclərin yetişdirilməsinə qarşı çıxırdı. “Məktəblərdən, alimlərdən yaxşı ilə pisi şəxsən müstəqil fərqləndirən vasitələrə sahib namuslu bir Azərbaycan vətəndaşı tərbiyə etmələri istənilirdi”-yazırdı Məhəmməd Əmin! Bugünkü , 21-ci əsr məktəbinin qarşısında duran müstəqil düşüncəyə, milli mənlik şüuruna, vətən əxlaqına malik vətəndaşlar yetişdirmək vəzifələrini böyük öndər hələ 91 il bundan öncə müəyyənləşdirmişdir. “Dil həmən millətdir” –deyən M.Ə.Rəsulzadə müasirlərindən fərqli olaraq Azərbaycan türkcəsinin qorunmasının tərəfdarı idi. Millətin oyanışını, bir millət kimi var olmasını dildə görürdü. “Milli dirilik” məqaləsində yazırdı: “Milliyyətin ümdə rüxnünü təşkil edən şey dildir.Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir…
pedaqoji fikir tariximizdə də ən layiqli yerlərdən birini tutan nəzəyyəçidir. Bütün həyatı və fəaliyyətinin kökündə millilik, tarixilik, xəlqilik, müasirlik duran M.Ə.Rəsulzadənin pedaqoji görüşlərində bu günkü təhsil quruculuğunda böyük əhəmiyyət kəsb edən vətəndaş-insan, vətəndaş-şəxsiyyət probleminin həlli istiqamətləri öz əksini tapmışdır. O, yüzilliklər ərzində təhsilin fars, ərəb, XIX əsrdən sonra isə rus dillərində aparılmasını kəskin tənqid edərək yazırdı:”Çarizm Azərbaycanda ruslaşdırma siyasətini iki istiqamətdə həyata keçirməyə başladı: birincisi, üləmaları, mollaları və əfəndiləri idarələrdə məmur vəzifəsinə təyin edərək öz xidməti qulluqçularına çevirirdi, ikincisi isə azərbaycanlı uşaqları rus məktəblərində oxudub onlardan rus təbiətli “uçitellər” hazırlayırdı. Beləliklə, doğma klassiklərimiz əvəzinə, Güney Azərbaycandakı “mirzələr” Firdovsini, Sədini. Şimali Azərbaycandakı “uçitellər” isə Puşkini, Lermontovu, Tolstoyu və başqalarını təbliğ etməyə başlayırdılar. Nə farslaşmış “mirzələr”, nə də ruslaşmış “uçitellər” xalqın istək və arzularını başa düşürdülər.Lakin tədricən “uçitellər”anladılar ki, xalqımızın övladlarına Puşkin, Tolstoyla yanaşı Füzulini, Şirvanini, Sabiri, Cavidi, Ə.Cavadı oyrətmək lazımdır”. Dövrün maarifçi ziyalıları kimi M.Ə. Rəsulzadə də məqalələrində milli yazılı və şifahi ədəbiyyatın, tarixi əsərlərin gənc nəslin təlim-tərbiyəsində, onlarda milli özünüdərki formalaşdırmaqda mühüm rol oynadığını yazırdı. “Azərbaycan Cümhuriyyəti” adlı əsərində yazırdı: “Naməlum müəlliflərin yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. bu kimi dastanlar ürək yaxan aşıq sazlarının ruhnəvaz ahəngləri altında Azərbaycan türk kütləsinin qəlbinə elə sinir, elə yerləşirdi ki, onunla farsın “Nuş afərin”i, “Fərhad və Şirin”i, hətta, Firdövsi ilə Hafizi belə rəqabət edə bilməzdi” . M.Ə.Rəsulzadə XX əsr məktəbini elm, texnika mərkəzi, heç bir partiyanın mənafeyinə xidmət etməyən müqəddəs ocaq hesab edirdi. Məktəbdə hər cür əmrə tabe, “qulağı sırğalı” gənclərin yetişdirilməsinə qarşı çıxırdı. “Məktəblərdən, alimlərdən yaxşı ilə pisi şəxsən müstəqil fərqləndirən vasitələrə sahib namuslu bir Azərbaycan vətəndaşı tərbiyə etmələri istənilirdi”-yazırdı Məhəmməd Əmin! Bugünkü , 21-ci əsr məktəbinin qarşısında duran müstəqil düşüncəyə, milli mənlik şüuruna, vətən əxlaqına malik vətəndaşlar yetişdirmək vəzifələrini böyük öndər hələ 91 il bundan öncə müəyyənləşdirmişdir. “Dil həmən millətdir” –deyən M.Ə.Rəsulzadə müasirlərindən fərqli olaraq Azərbaycan türkcəsinin qorunmasının tərəfdarı idi. Millətin oyanışını, bir millət kimi var olmasını dildə görürdü. “Milli dirilik” məqaləsində yazırdı: “Milliyyətin ümdə rüxnünü təşkil edən şey dildir.Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir…M.Ə.Rəsulzadəyə görə yad dildə təlim-tərbiyə verilən məktəblərdə məqsəd birbaşa olmasa da dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edir, gəncləri öz soykökündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini unutdurur, nəticədə vətəninə, xalqına fayda verə bilməyən yad əxlaqlı bir insana çevrilir. Böyük öndərin uzaqgörənliklə yazdıqlarını bizim nəsil 70-ci illərin məktəblərində yaşadı və gördü. Millət Onun “Milli dirilik” məqaləsində təsvir etdiyi neçə-neçə “öylə gözəl bir cavanı itirdiyinə görə mütəəssir oldu, fəqət o da öz millətindən ayrıldığı üçün bədbəxt olub qaldı.” ”Uşaqlarımızı haman öz ruhumuzda tərbiyə etməliyik” yazan M.Ə. Rəsulzadə tərbiyədə şəxsi nümunəni örnək götürürdü. Məhz onun həyatı, Vətən əxlaqı milyonlarla insana örnək oldu və bu gündə örnək olmaqda davam edir. Kiçikyaşlı uşaqların tərbiyəsi dövrün bir çox maarifçilərini düşündürdüyü kimi M.Ə.Rəsulzadə də bu problemə biganə qalmamışdı. 1915-ci ildə rəhbərlik etdiyi “Açıq söz” qəzetində nəşr etdirdiyi “Uşaq bağçası” adlı məqaləsində uşaqların xüsusi tərbiyə ocaqlarına cəlb edilməsini, burada onlara elmə əsaslanan tərbiyə verilməsini, məktəblərə hazırlanmasını ən vacib məsələlərdən hesab etmişdir. Tarix dərslərini inkişaf və birliyin zəruri şərtlərindəndən biri hesab edən M.Ə.Rəsulzadə yazırdı:”Bir millətin öz tarixini öyrənməklə inkişafı da başlıca məsələlərdən idi. Bir millətin öz tarixini bilməsi qədər qüvvətli bir ittihad və təməddün amili təsəvvür edilə bilməz.” Onun pedaqoji baxışları Müsavat Partiyasının Nizamnaməsində və ADR –in təhsil siyasətində öz əksini taparaq təhsilin, xüsusən də orta məktəbin vəzifəsinin, onun inkişaf yolunun müəyyənləşdirilməsində mühüm rol oynamışdır. ADR höküməti ilk günlərdən xalq maarifinin yenidən qurulması proqramını qəbul etmişdir. 16 maddədən ibarət humanist və demokratik prinsipləri özündə ehtiva edən bu proqram tam olaraq böyük öndərin konsepsiyası əsasında hazırlanmışdır. Proqramın hər bəndinin hökümət tərəfindən bütün çətinliklərə rəğmən yerinə yetirildiyinin şahidi oluruq. Məktəblərin birinci və mümkün olduğu qədər də ikinci sinifləri milliləşdirilmiş,türk dilini bilməyən şagirdlər üçün xüsusi şöbələr açılmış, bütün aşağı ibtidai məktəblərdə təlim türk dilində aparılmağa başlanılmış, ilk anadilli məktəb, gimnaziyalar, kurslar açılmış, Bakı Dövlət Universiteti yaradılmış, anadilli proqram və dərsliklər hazırlanmış, müəllimlərin əməkhaqqı artırılmış və digər bu kimi tədbirlər 23 ay ərzində anarxizmə yol verilmədən həyata keçirilmişdi.
M.Ə.Rəsulzadənin elmi-pedaqoji fikirləri bir mayak kimi 20-ci yüzillikdən bu günümüzə, sabahımıza yol göstərməkdədir. Bu uzun və çətin yolun yolçuları olaraq böyük öndərin ideyalarını gələcək nəsillərə ötürmək isə hər birimizin borcudur.
Məlahət Mürşüdlü



