Amerika rəhbərliyi Pekini Taypeyə təzyiqi dayandırmağa çağırıb. Çin Tayvanın vitse-prezidenti Uilyam Lainin ABŞ-a səfərindən sonra ada ətrafında müntəzəm hərbi təlimlərə başlayıb.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Reuters-ə açıqlama verib ki, Vaşinqton Pekinə adaya təkcə hərbi deyil, həm də diplomatik və iqtisadi təzyiqləri dayandırmağı təklif edir. Əvəzində Tayvan administrasiyası ilə “mənalı dialoqa” başlamaq təklif edilib.
ABŞ departamenti həmçinin əlavə edib ki, Ağ Ev Çinin Tayvan ətrafında keçirdiyi hərbi təlimləri diqqətlə izləyir. Bu təlimlər adanın Baş Qərargah rəisinin müavini Uilyam Lainin (Lai Qinqde) ABŞ-a son səfərindən sonra başlayıb.
Uilyam Lainin Qərb mətbuatına verdiyi müsahibədə verdiyi açıqlamalar da ÇXR-in mənfi reaksiyasına səbəb olub. Siyasətçi Tayvanı suveren və müstəqil dövlət adlandırıb, həmçinin adanın Çinə tabe olmadığı və onun tərkibinə daxil olmadığı barədə bəyanat verib.
Nuranə Məmmədova





