Somalinin Rabitə və Texnologiya Nazirliyi sosial media platformaları olan Tiktok, Telegram və mərc saytı 1XBET-i qadağan etmək qərarına gəlib.
Elchi.az xəbər verir ki, Nazirliyin təşkil etdiyi “Rabitə, İnternet və Sosial Media Təhlükəsizliyi Konfransı”dan sonra alınan qərar çərçivəsində ölkədə Tiktok, Telegram və 1XBET-in qadağan edilməsi əmri verilib.
Nazirlikdən verilən açıqlamada, “Konfransda Somalili gənclərin həyatına mənfi təsir göstərən və hətta ölümlərə səbəb olan Tiktok, Telegram və 1XBET platformalarının bağlanmasının vacib olduğu qərara alınıb”.
Açıqlamada gənclərin və qadınların çoxluq təşkil etdiyi bu platformaların “əxlaqsız vəziyyətlər nümayiş etdirdiyi” də vurğulanıb və bu ifadələrə yer verilib:
“Milli Telekommunikasiya Qanununun 64 və 65-ci maddələrini həyata keçirmək üçün Rabitə və Texnologiya Nazirliyi həyat tərzinə təsir edən və pis məlumatların artmasına səbəb olan rabitə və internet vasitələrindən istifadə edərkən Somali cəmiyyətinin mənəvi davranışını qorumaq üçün çalışır”.
Nuranə Məmmədova




