İstanbulun Tuzla şəhərində 447 kilo 510 qram maye narkotik maddənin ələ keçirildiyi əməliyyatda biri əcnəbi olmaqla 5 nəfər saxlanılıb.
Elchi.az bu barədə Türk mediasına istinadən xəbər verir.
Xəbərdarlıq üzərinə İstanbul İl Polis İdarəsi hərəkətə keçib. Narkotik ticarəti ilə məşğul olan şəxslər təhlükəsizlik qüvvələri tərəfindən texniki və fiziki olaraq izlənilib.
Tuzlada 1 minik avtomobili və 2 yük maşını olmaqla cəmi 3 nəqliyyat vasitəsinə qarşı əməliyyat keçirilib.
Axtarışlar zamanı 20 barabanda 447 kilo 540 qram maye narkotik vasitə aşkar edilərək götürülüb.
Əməliyyat zamanı biri xarici ölkə vətəndaşı olan 5 şübhəli saxlanılıb.
Nuranə Məmmədova




