Cənubi Koreya və ABŞ Cənubi Koreyada 11 günlük birgə hərbi təlimə başlayıb.
Elchi.az Yonhap-a istinadən xəbər verir ki, “Ulchi Freedom Shield (UFS)” hərbi təlimi simulyasiya, birgə döyüş hazırlığı və Ulçi mülki müdafiə təlimi kimi fəaliyyətləri əhatə edir.
Cənubi Koreya və ABŞ-ın birgə təşkil etdiyi təlimdə 30 müxtəlif sahə tədqiqatının aparılması planlaşdırılır.
Keçən illə yanaşı, builki təlimdə həm də qoşunlara sürətli döyüşə hazırlaşmaq və Şimali Koreya tərəfindən yayıla biləcək dezinformasiyaya qarşı təlim keçəcək.
Təlimdə bu iki ölkədən əlavə Birləşmiş Millətlər Təşkilatının (BMT) Avstraliya, Kanada, Fransa, İngiltərə, Yunanıstan, İtaliya, Yeni Zelandiya, Filippin, Tailand və Cənubi Koreyadakı komandanlığı da iştirak edəcək.
Şayəstə Hüseynova





