"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Metyu Brayzadan maraqlı təklif

31 Yanvar 2015 - 16:21
in MÖVQE
“Bəzi amerikalı siyasətçilər Azərbaycanda baş verənləri dərk etmirlər, Azərbaycanı,Metyu Brayza 260510-1 ölkədəki durumu anlamırlar”

 

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

“ABŞ liderləri gec-tez etiraf edəcəklər ki, Azərbaycanla bağlı strateji maraqlar var və onları müdafiə etmək lazımdır”.

 

APA-nın məlumatına görə, bunu “Vestnik Kavkaza” nəşrinə müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

 

Hələlik Vaşinqtonun bu məsələdə tələsmədiyini qeyd edən diplomat bildirib ki, bir neçə aydan sonra strateji düşünən insanlar Azərbaycana diqqət yetirəcək və vəziyyət yaxşılaşacaq.

 

M. Brayza Azərbaycandakı durumu şərh edən bəzi amerikalı siyasətçilərin ölkəmizdə baş verənləri dərk etməməsindən təəssüfləndiyini bildirib: “Bu siyasətçilər sözü havaya sovururlar. Onlar Azərbaycanı, ölkədəki durumu anlamırlar. Onlar bu fikirdədirlər ki, Azərbaycan yalnız korrupsiya, insanlar haqları və demokratiya sahəsində böyük problemləri olan ölkədir. Lakin əgər ABŞ-dakı həmkarlarım burada olsaydılar, əsl problemləri görərdilər və dərk edərdilər ki, hər şey elə də asan deyil. Üstəlik, əgər Obama Səudiyyə Ərəbistanına kömək etməklə, strateji maraqların müdafiəsindən danışırsa, Azərbaycanla münasibətdə bunu etmək olmazmı?”

 

ABŞ-ın Cənubi Qafqaza az diqqət yetirdiyini deyən diplomat bildirib ki, ABŞ-ın strategiyası olmalıdır, bu strategiyanın ilk addımı isə Vaşinqtonun regionda maraqlarının müəyyənləşdirilməsidir. “Vaşinqton regiona demək olar ki, heç diqqət göstərmir. Regionda üç ölkə var. İqtisadiyyat, əhali və strateji quruculuq baxımından ən aktiv şübhəsiz ki, Azərbaycandır. Lakin hər bir ölkənin öz xüsusiyyəti var. Şübhəsiz ki, Rusiya bölgədə böyük rol oynayır. Ancaq Azərbaycan müstəqil dövlətdir, özü də tarixində ilk dəfə öz taleyini müstəqil şəkildə müəyyənləşdirə bilir”, – deyə vurğulayıb.

 

ABŞ-ın Qarabağ nizamlanması ilə bağlı yanaşmasına gəldikdə, M. Brayza Vaşinqtonun bu problemlə yetərincə maraqlanmadığını bildirib və qeyd edib ki, ABŞ rəhbərliyi danışıqlarda dönüş anına nail olmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinə siyasi dəstəyə dair təminat verməlidir: “ABŞ prezidenti də vaxtilə Medvedevin etdiyi kimi, vaxtaşırı Əliyev və Sarkisyanla birbaşa görüş keçirməlidir. Obama bu münaqişənin ABŞ üçün əhəmiyyətli olduğunu nümayiş etdirməlidir”.

 

M. Brayza həmçinin qeyd edib ki, Qarabağ münaqişəsinə və onun nizamlanmasına marağı digər vasitələrlə də təmin etmək mümkündür: “Azərbaycan diasporu bu məsələdə türk diasporu kimi daha fəal rol oynaya və ABŞ-da rəy formalaşdıra bilərdi. Bu, yaxşı olardı, lakin yenə də yetərli olmazdı. Lakin əgər Bakı, ya İrəvan, yaxud da hər ikisi eyni vaxtda hansısa addımlar atsaydı və prezidentlər birbaşa danışıqlar aparmağa hazır olduqlarını bəyan etsəydilər, bu, ABŞ-dakı məmurların diqqətini cəlb edəcək pozitiv səs-küy yaradardı”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İki yüksək rütbəli zabiti ehtiyata buraxdı

Next Post

Ermənistan ordusu Ağdam istiqamətində diversiya həyata keçirdi

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

Ermənistan ordusu Ağdam istiqamətində diversiya həyata keçirdi

Erməni ailəsini qıran rus hərbçisindən şok xəbər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.