Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham olunan 102 saylı Rusiya hərbi
bazasının əsgəri Valeri Permyakovdan bioloji materiallar götürülüb. Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın İstintaq Komitəsi başçısının məsləhətçisi Sona Truzyan bildirib.
bazasının əsgəri Valeri Permyakovdan bioloji materiallar götürülüb. Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın İstintaq Komitəsi başçısının məsləhətçisi Sona Truzyan bildirib.“Qan və saç nümunələri, həmçinin cinayət yerindəki izlər ekspertizaya göndərilib. Nisbi, məhkəmə-bioloji, genetik və məhkəmə-kriminal ekspertizaları təyin olunub”, – deyə o qeyd edib.
Xəbərə görə, Permyakov artıq bir neçə dəfə qətlə yetirilən Avetisovların evinə gətirilib. Belə istintaq hərəkətlərinin birində o, huşunu itirib.
Xatırladaq ki, hadisə yanvarın 12-də baş verib. Öldürülən 7 nəfərdən ikisi körpə uşaq olub. (Musavat.com)



