"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hövsan sakinləri aksiyaya görə polisə çağırıldı

31 Yanvar 2015 - 18:43
in CƏMİYYƏT

Yanvarın 19-da Hövsanda məktəb direktoruna qarşı etiraz aksiyası keçirən sakinlərin bir neçəsi img1736144polisə verilib. Onları Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinə dəvət ediblər.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bu barədə virtualaz.org saytına qəsəbə sakinləri məlumat verib.
Polis bölməsinə çağırılanlardan biri Araz Həsənov virtualaz.org saytına açıqlamasında deyib ki, o, Hövsanda meyvə-tərəvəz ticarəti ilə məşğul olur: “Srağagün axşam saat 11 radələrində Çevik Polis Alayının bir neçə işçisi mənə yaxınlaşdı. Dedilər ki, küçə ticarəti qadağandır, bizimlə polisə getməlisən. Məni polis bölməsinə apardılar. Orada yazıb-pozdular. Dedim 80 manat cəriməsi var, ödəyərəm. Buraxdılar, getdim. Dünən isə mənə yenə zəng gəldi, polis bölməsinə dəvət etdilər. Qardaşımı və başqa qəsəbə sakinlərini də çağırmışdlar. Getdik, bu dəfə məlum oldu ki, yanvarın 19-da keçirilən aksiya ilə bağlı çağırılmışıq. Bir neçə nəfəri icra nümayəndəsinin avtomobili ilə bağlı dindirdilər. Guya uşaqlar onun maşınını aksiya vaxtı pis vəziyyətə salıblar. Mənə və bir neçəsinə isə bildirdilər ki, guya biz aksiya təşkil etmişik və iğtişaş yaratmışıq. Dedilər ki, siz müxalifətçisiniz və qəsəbədə iğtişaş, qarşıdurma yaratmısınız”.
Suraxanı RPİ 30-cu polis bölməsindən virtualaz.org saytına bildirildi ki, Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev bölməyə ərizə ilə müraciət edib: “Ağasəlim Əliyev qəsəbə sakinləri Azad Həsənovun, Araz Həsənovun, Firdovsi Sadıqovun və Ziyad Məlikovun ona məxsus olan “Pejo” markalı avtomobilini yararsız hala saldığını bildirib. Həmin şəxslər polis bölməsinə bu müraciət əsasında dəvət olunub”.
Qeyd edək ki, Hövsandakı 118 saylı məktəbdə təhsil alan şagirdlərin valideynləri yanvarın 19-da qəsəbədə etiraz aksiyası keçirərək məktəb direktorunun işdən çıxarılmasını və şagirdlərə göstərdiyi münasibətə görə cəzalandırılmasını tələb etmişdilər. Sakinlər bildirmişdilər ki, şagirdlər tarix müəlliminin uzun müddət işə gəlməməsi ilə bağlı direktordan başqa müəllimlə əvəz olunmasını istəyəndə sonuncu onlara qeyri-etik cavab verib.
Bundan əlavə, sakinlər Qardaşxan Səlimovun məktəbə rəhbərlik etdiyi dövrdə övladlarının təhsil səviyyəsinin aşağı düşdüyünü bildirmiş, bunun günahını müəllimlərdə və direktorda gördüklərini demişdilər.
Məktəbin qarşısında keçirilən aksiya zamanı şəxsi avtoimobili ilə ora gələn məktəb direktoru Q.Səlimov vəziyyətin daha da qızışmasına zəmin yaratmışdı. Nəticədə Hövsan sakini, 21 yaşlı Elmar Əliyev dünyasını dəyişmişdi.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukrayna ordusu mühasirəni yarmağa çalışır

Next Post

Sercio Mattarella İtaliyanın yeni prezidenti seçilib

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Sercio Mattarella İtaliyanın yeni prezidenti seçilib

ÖLƏNLƏRİN XATİRƏSİNƏ, QALANLARIN YADDAŞINA...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.