"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ÖLƏNLƏRİN XATİRƏSİNƏ, QALANLARIN YADDAŞINA…

01 Fevral 2015 - 00:33
in KÖŞƏ YAZILARI

Tarlan Eyvazov1236330_230048450480401_749094179_n
(məqamlar)

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

 

Hörmətli dostlar, əziz qazilər!

Son günlər 1994-cü ilin yanvar döyüşlərini işqalandıran statuslarıma göstərdiyiniz marağa görə sizlərə təşəkkür edirəm. Təbii ki, bu kiçik yazılarda o böyük insanların, qeyrətli vətən övladlarının igidliklərindən tam bəhs etmək mümkün deyil. Mən bu müstəvidə yazılarımı işləyərkən düşünürdüm ki, həmin hadisələrin bilavasitə iştirakçısı olan qazilərimiz öz şərhləri ilə statusuma geniş anlam verəcək, yeni faklar yazacaqlar. Amma keçmiş əsəgərlərimiz bu və ya digər faktlar haqqında yazmağı məndən xahiş edirlər. Elə ona görə də bəhs etdiyim həmin döyüşün, yazmadığım bəzi məqamlarına toxunmaq qərarına gəldim.
Bu, həm də ona görə lazımdır ki, bütün mətbuat orqanalrını müxtəlif vasitələrlə zəbt edib, özlərinə qəhrəman obrazı yaradan bəziləri, əsil döyüşün nədən ibarət olduğunu, ümumən döyüşdə qalib gəlmək üçün necə fəaliyyət göstərilməli olduğunu və bunu hansı əziyyətlər, qanlar bahasına başa gəldiyini dərk etsinlər. Bəlkə bundan sonra bu gopalogiyaya son qoysunlar.
Yalnız bir neçə məqam…
Leytenant Maarif  Nuriyevin taqımı ona tapşırılmış marşurt üzrə düşmən mövqelərinə tərəf irəliləyirdi. Bu zaman döyüşçülər önlərində düşmənin sərmiş olduğu qarışıq məftillərə sarınmış mina maneəsini görürlər. Yerli briqada tərəfindən hissəyə təhkim edilmiş istehkamçılar isə artıq aradan çıxmışdı. Taqım komandir hamının aralanmasını əmr edib özü heç bir alət olmadan bu məftilləri (putanitsa) minadan aralamağa başlayır. Ancaq məftillər daha da dolaşır. Vaxt isə gözləmirdi. Nuriyev qayışını çıxarıb bir ucunu məftilə, bir ucunu isə ayaqlarına bağlayır. Sonra isə var gücü ilə yuxarıya tullanır. Təbii ki, minlalar partlayır taqım komandiri isə ağır yaralanır. Onu geriyə çatdırıb həyatını xilas edirlər. İndi də ikinci qrup əlildir, Oğuz rayonunda yaşayır.(Hərbi hissədə onun toyunu özümüz etmişik. Tamadası da, xanəndəsi də mən olmuşam. Musiqiçilər də əsgərlərimiz idi. Mən hələ elə ləzzətli toy görməmişəm.)
Başqa bir taqımın gənc əsgəri ehtiyatsızlıq edərək qumbaraya bağlanmış məftilə ilişir. Hamı partlayışın ola biləcəyini düşünərək yerə uzanır. Amma çavuş Qara Hüseynov cəld hərəkətlə qumbaranı götüb düşmən səngərinə atır. Düşmən qumbarası düşmənin özünün pulemyotçusunu məhv edir.
Əvvəlki yazımda qeyd etmişdim ki, həmin döyüşdə erməni tərəfdə Stavropol əyalətindən gəlmiş atlı kazaklar da iştirak edib. Təbii ki, müasir müaharibədə bu, elə bir əhəmiyyət kəsb etməsə də, bunun psixoloji tərəfi vardı. Süvarilər at belində manevr edərək onlara yağdırılan güllələrdən yayınaraq hay- küylə bizim mövqelərimizə yaxınlaşırdılar.

Bu zaman bölük komandirinin müavini leytenant Abdulla Rəhimov 60 mm-lik minaatanın döyüşə hazırlanmasını əmr edir. Birinci atəş dəqiq olmur. Amma sonrakı atəşlərdə kazakar bir yana, atlar bir yana olur. Panikaya düşən kazakların sağ qalanları qaçmaq istəsələr də, pulemyot güllələri onları haqlayır.

O hadisədən sonra kazaklar bir daha cəbhədə görünmədilər…
Bu yazdıqlarım həmin döyüşlərin bəzi  məqamlarıdır. Sizlər üçün də maraqlı olar deyə diqqətinizə çatdırdım…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sercio Mattarella İtaliyanın yeni prezidenti seçilib

Next Post

“Mərhəmət elçisi” qalibləri mükafatlandırdı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

“Mərhəmət elçisi” qalibləri mükafatlandırdı

Dağlıq Qarabağ ərazisində iğtişaş - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.