İranın vitse-prezidenti Məhəmməd Dehkan kriptovalyutalarla bağlı hərtərəfli tənzimləmələri ehtiva edən qanun layihəsi hazırladıqlarını və tezliklə parlamentə təqdim edəcəklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, yarı rəsmi İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, vitse-prezident Dehkan paytaxt Tehranda keçirilən “Terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə” mövzusunda konfransda çıxışı zamanı bildirib ki, kriptovalyutalarla bağlı qanun layihəsi hökumət tərəfindən hazırlanıb.
Kriptovalyutaların çirkli pulların yuyulması üçün istifadə oluna biləcəyinə və bu səbəbdən güclü tənzimləmələr tələb olunduğuna diqqət çəkən Dehkan, “Ölkədə daha əvvəl kriptovalyutalarla bağlı xüsusi tənzimləmə və qanunun hazırlanması ilə bağlı heç bir araşdırma olmayıb. Əvvəlki hökumətin hazırladığı tənzimləmə həm də natamam”. dedi.
Bununla əlaqədar Dehkan, hökumət olaraq kriptovalyutalarla bağlı tənzimləmələri nəzərdə tutan hərtərəfli qanun layihəsi hazırladıqlarını bildirdi. ifadələrdən istifadə etmişdir.
Şayəstə Hüseynova




