İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilib.
Elchi.az xəbər verir ki, İranın Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəhbəri Mecid Muhibbi qum fırtınası ilə bağlı məlumat verib.
Muhibbi, “120 günlük küləklər içərisində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 488 nəfər xəstəxanalara müraciət edib. Onlardan 64-ü xəstəxanaya yerləşdirilib”,- deyə bildirib.
Nuranə Məmmədova





