BRİKS ölkələrinin liderlərinin videobağlantı vasitəsilə görüşündə iştirak edən Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişəni şərh edib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən bildirir.
Rusiya lideri xatırladıb ki, bəzi Qərb ölkələrinin öz hegemonluğunu saxlamaq istəyi indiki vəziyyətə gətirib çıxarıb:
“Əvvəlcə konstitusiyaya zidd çevriliş edildi, daha sonra bununla razılaşmayan insanlara qarşı müharibə başladıldı.
Bizim hərəkətlərimizi yalnız bir şey diktə edir – Qərbin və onların peyklərinin Ukraynada açdığı müharibəyə son qoymaq”.
O, həmçinin münaqişənin ədalətli həllinə nail olmaq üçün səy göstərdiklərinə görə Afrika ölkələrinə minnətdarlığını bildirib və qeyd edib ki, hər bir xalqın öz inkişafı üçün suveren hüququ var.
Tədbir “Rossiya 24” telekanalı və “Smotrim” media platforması tərəfindən canlı yayımlanıb.
Yeganə






