Kanada 4 rus fiziki və 29 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Castin Trüdo bildirib.
Yeni məhdudiyyətlər Rusiyanın hərbi, sənaye, maliyyə və nüvə sektorlarında çalışan şəxslərə və şirkətlərə şamil edilir. O əlavə edib ki, sanksiyalar Rusiyanı Ukraynadan çıxmağa məcbur etməlidir.
Sanksiyaların konkret kimə tətbiq olunduğu hələ də bəlli deyil. Dəqiq məlumat daha sonra dərc olunacaq.
Havar Şəfiyeva






