Tver vilayətində göyərtəsində 10 nəfərin olduğu şəxsi “Embraer Legacy” təyyarəsi qəzaya uğrayıb.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Gəmidə on nəfər var idi, onlardan üçü ekipaj üzvü idi. İlkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub”, – agentliyin açıqlamasında bildirilir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarə Moskvadan Sankt-Peterburqa gedirmiş, Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Yevgeni Priqojin təyyarədə ola bilərdi , onun adı qəzaya uğrayan təyyarənin sərnişinləri siyahısındadır.
Agentlik həmçinin hadisəni araşdırmağa başlayan komissiya yaradıb . Onun sözlərinə görə, qəzaya uğrayan təyyarə biznes daşımalarında ixtisaslaşan MNT-Aero şirkətinə məxsus olub.
Hadisəni Tver vilayətinin qubernatoru İqor Rudenya nəzarətə götürüb .Hadisə yerində hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. Onlar fövqəladə vəziyyətin bütün hallarını öyrənməli, həmçinin ölənlərin dəqiq sayını müəyyən etməli olacaqlar.
RİA Novosti-nin fövqəladə hallar xidmətinə istinadən verdiyi məlumata görə, qəza yerində artıq 8 nəfərin cəsədi tapılıb , lakin axtarışlar davam edir. Hadisədən sonra Rusiya Federasiyasının İstintaq Komitəsi yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi açıb . Hadisə yerinə müstəntiqlər gəlib və məhkəmə-tibbi ekspertizalar təyin edilib.
Nuranə Məmmədova





