Avqustun 23-ü axşam saatlarında Rusiyanın Tver vilayətində göyərtəsində vaqnerçilərin komandiri Dmitri Utkin və şəxsən Yevgeni Priqojin də daxil olmaqla, 10 nəfərin olduğu təyyarə qəzaya uğradı.
Elchi.az xəbər verir ki, bunu ukraynalı siyasi ekspert İlya Kusa qeyd edib.
“Aydın idi ki, o, üsyandan belə rahat xilas olmayacaq. Nəticə budur. Onunla birlikdə üsyanda birbaşa iştirak edənlərin hamısı həmin təyyarədə idi. Onlar Putini zəif göstərdilər, onun tək adam imicini darmadağın etdilər. Sonra gözlənilən cavab gəldi”, – ekspert bildirib.
Kusanın fikrincə, bir təşkilat olaraq “Vaqner” bundan sonra zəifləyə bilər:
“Ancaq Rusiyanın xarici siyasətinin aləti kimi yox. İndi “Vaqner”ə nəzarəti ələ keçirmək daha asan olacaq. Artıq iki aydır ki, Kreml buna hazırlaşırdı. Ola bilsin ki, Priqojin də aradan götürülüb, çünki artıq ona ehtiyac yox idi. Bəlkə də o, yenə hansısa demarş hazırlayıb, kim bilir”.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...




