"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hövsan hadisələrində iştirak edənlərə qarşı təzyiqlər başladılıb

01 Fevral 2015 - 16:14
in XƏBƏR LENTİ

img1733028Hövsan sakini: “Görünür ki, Qardaşxan Səlimovu qorumaq üçün diqqəti ondan yayındırmağa çalışırlar”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Yanvarın 28-də Hövsan qəsəbəsinin icra nümayəndəsi Ağasəlim Əliyevin şikayəti əsasında, 118 saylı məktəbin direktoru Qardaşxan Səlimova qarşı keçirilən aksiyada fəal iştirak edən gənclər Suraxanı RPİ-nin 30-cu polis bölməsinə çağrılaraq, ifadə veriblər.
Polis bölməsində ifadə verən Azad Həsənov musavat.com-a bildirib ki, Ağasəlim Əliyev şikayətində bildirib ki, guya aksiya zamanı qəsəbə gənclərindən bir neçəsi onun “Pejo” markalı avtomobilinə xəsarət yetirərək, yararsız hala salıblar: “Ağasəlim Əliyev mənim, qardaşım Araz Həsənovun, Firdovsi Sadıqovun və Ziyad Məlikovun adlarmızı və telefon nömrələrimizi polisə verib. Onlar da gedib, ifadə veriblər. Mənə isə polisdən bildirdilər ki, artıq Ağasəlim Əliyevin şahidi də var. Bizi aksiya təşkil etməkdə və iğtişaş yaratmaqda günahlandırırlar”.
Azad Həsənov araşdırmanın birtərəfli aparıldığından narazı olduğunu bildirdi: “Biz şikayət etmişdik, heç kəs onu araşdırmadı. Ancaq indi Ağasəlim Əliyev şikayət edib, qəsəbənin gənclərini yığıblar, polis idarəsinə… Mənə dedilər ki, sən aksiya zamanı çəkilən videoda gəncin ölümünə görə polisi günahlandırmısan. Ancaq mən belə bir ifadə işlətmədiyimi dedim”.
Hövsan sakini onu da bildirdi ki, bu dindirmələrin səbəbi icra orqanlarının  Qardaşxan Səlimovu qorumaq istəyidir: “Araşdırmanın istiqamətini bu cür dəyişməklə diqqəti Qardaşxan Əliyevdən yayındırmaq və onun məktəbdən uzaqlaşdırılmasını tələb edən sakinlərin müqavimətini qırmaq istəyirlər. Bir sözlə desək, bu, “qara məni basınca, mən qaranı basım” siyasətidir. Demək olar ki, buna nail olublar. Mən özüm müxalifətçiyəm, belə hadisələrdən qorxmuram. Ancaq polisə çağrılan digər gənclər qorxurlar. Onları ikinci dəfə çağırıb, deyiblər ki, “sizin əleyhinizə şahid var”. Gənclər də bundan daha çox narahat olublar. Ancaq burada bizim qorxacağımız heç nə yoxdur. Aksiyada bir gənc dünyasını dəyişdi, Qardaşxana qarşı isə heç nə etməyiblər. Əslində, Ağasəlim Əliyev də heç vaxt qəsəbə sakinləri ilə  üz-üzə gəlmək istəməzdi. Bu hadisə bitəndən sonra o, yeddi ailə ilə düşmən olacaq. Görünür ki, onu da bu işə məcbur ediblər”.
Azad Həsənovun sözlərinə görə, Qardaşxan Səlimovu qorumağa çalışmaları artıq hiss olunur: “Çünki təhqir olunan şagirdlərin valideynləri gedib, direktorun əleyhinə polisdə ifadə veriblər. Onlara da təzyiq ediblər ki, “Sizin də əskik işləriniz çoxdur. Uşaqlarınız icra nümayəndəsinin avtomobilini sındırıblar”. Demək olar ki, bütün diqqəti Qardaşxan Səlimovun əməllərindən Ağasəlim Əliyevin şikayətinə yönəldiblər”.
Azad Həsənov onu da qeyd edib ki, Hövsandakı aksiyalarda aktiv iştirak edənlərə iş yerlərində də təzyiqlər başlayıb: “Mənim kiçik bir dükanım var, meyvə-tərəvəz alveri ilə məşğul oluram. Gecə saat 22:30-da dükanı bağladığım bir vaxtda polis gəldi və dedi ki, “Bizimlə bölməyə getməlisən, küçə ticarət ilə məşğul olursan”. Halbuki dükanın önünə bir neçə yeşik qoymuşdum. Məni polis bölməsinə apardılar, bir saatdan çox vaxtımı aldılar, protokol yazdılar, 80 manat cərimə elədilər, sonra buraxdılar evə getdim. Səhəri gün isə zəng edib, bizi aksiyaya görə polisə çağırdılar”.
Qeyd edək ki, Hövsandakı 118 saylı məktəbdə təhsil alan şagirdlərin valideynləri yanvarın 19-da qəsəbədə etiraz aksiyası keçirərək, məktəb direktorunun işdən çıxarılmasını və şagirdlərə göstərdiyi münasibətə görə cəzalandırılmasını tələb etmişdilər. Aksiya nəticəsində Hövsan sakini, 21 yaşlı Elmar Əliyev dünyasını dəyişmişdi.
Nərgiz Liftiyeva

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İŞİD-ın terrorçuları kişini yüksək binanın damından yerə atdılar – FOTOLAR

Next Post

Türkiyə əleyhinə şüarlar (FOTO)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyə əleyhinə şüarlar (FOTO)

Faciəvi şəkildə həlak olmuş istiqlalçı deputatların xatirə abidəsinin durumu... - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.