Çin Xalq Azadlıq Ordusununun 13 təyyarəsi Tayvanın təyin edilmiş zonasını pozub. Elchi.az xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.
Tayvan müdafiə agentliyinin məlumatına görə, o, qırıcılar, bombardmançılar, erkən xəbərdarlıq təyyarələri və pilotsuz təyyarələr də daxil olmaqla 22 Çin təyyarəsini aşkar edib, onlardan 13-ü təyin olunmuş zonaya daxil olub.
Bundan əvvəl Tayvanın vitse-prezidenti və prezidentliyə namizəd Lai Qingdenin adanın Çinə aid olmadığı barədə sözlərindən sonra Pekin separatçılara qarşı qəti addımlar atacağına söz verib.
Havar Şəfiyeva






