Sərnişin enişdən biraz əvvəl təyyarənin göyərtəsində uşaq dünyaya gətirib. Elchi.az xəbər verir ki, bu barədə “Franceinfo” yazır.
Parisdən Fort-de-Fransa uçan təyyarədə enişinə bir saat qalmış gözlənilməz vəziyyət yaranıb. Qadına stüardessaların, həmçinin iki interna və bir tibb bacısının kömək etdiyi qeyd edilir.
Nəşrin məlumatına görə, sərnişin oğlan uşağı dünyaya gətirib. Layner təyinat hava limanına enən kimi ana və yeni doğulan körpə həkimlər tərəfindən qarşılanıb.
Havar Şəfiyeva






