"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ mediasının Qarabağ reportajı: “Müharibəyə doğru gedilir”

02 Fevral 2015 - 00:03
in FLƏŞ, GÜNDƏM

Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu getdikcə artan gərginlik, 81429_res_01-300x199toqquşmaların şiddətlənməsi beynəlxalq medianın diqqətini hər an açıq müharibəyə çevrilmək riski daşıyan Qarabağ münaqişəsinə yönəldib. Virtualaz.org saytı xəbər verir ki, “The New York Times” qəzetinin əməkdaşı Devid M.Herszenhorn Ağdamdan hazırladığı reportajda yanvar ayından bəri Azərbaycan və Ermənistan arasında vəziyyətin kəskinləşməsindən, hər iki tərəfdən “onlarla əsgərin həlak olmasından” və tərəflərin təhlükəli şəkildə açıq müharibəyə doğru sürüklənməsindən bəhs edir.
Amerikalı jurnalist yazır ki, yanvar ayı Qarabağda qanla boyanıb, atışmalar, artilleriya qurğularından yaylım atəşləri və raket atışları baş verib. Təkcə yanvarın 23-də təmas xəttinin şimal istiqamətində gedən şiddətli atışmada azı 2 erməni əsgəri ölüb, bir neçəsi yaralanıb. Minomyotlardan və qumbaraatanlardan da istifadə olunduğu atışmalarda Azərbaycan ordusu da 3 hərbçisini itirib.
Toqqşmaların get-gedə artması həmsədrlərin ötən həftə Polşanın Krakov şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı qeyri-adi şəkildə sərt bəyanatla çıxış etməsinə səbəb olub.
“Ötən ildən başlayan və artmaqda olan zorakılıqlar dayandırılmalıdır. Biz Azərbaycanı münaqişənin dinc yolla nizamlanmasına dair öhdəliklərinə sadiq qalmağa çağırırıq, həmçinin Ermənistanı gərginliyi azaltmaq üçün bütün tədbirləri görməyə çağırırıq” – həmsədrlər bildiriblər.
Qəzet yazır ki, buna baxmayaraq atışmalar daha da güclənib. Ötən həftə Azərbaycan Müdafiə Nazirliyi Ağdam istiqamətində, vaxtilə 40 mindən çox azərbaycanlının vətəni olan, ancaq erməni qüvvələri tərəfindən işğal olunduqdan sonra 20 ildən çoxdur xəyalət şəhərə çevrilən şəhər ətrafında erməni pilotsuz təyyarəsini vurduğunu elan edib. Gözlənilir ki, gərginlik bu il ərzində daha da artacaq, çünki Ermənistan “soyqırım”ın 100 illiyini qeyd etməyə hazırlaşır.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Qəzet yazır ki, münaqişə dağlıq əraziyə görə İrəvanla Bakı arasında yaşansa da onun yenidən alovlanması Rusiya, Türkiyə və İranın da cəlb olunduğu irimiqyaslı müharibəyə gətirib çıxara bilər.
Bildirilir ki, son zamanlar artan gərginlik tərəflər arasında sakitcə gedən silahlanma yarışının nəticəsidir. Xüsusən də neftlə zəngin Azərbaycan öz arsenalını güclü silah növləri ilə getdikcə daha çox artırır.
Rusiya isə hər iki tərəfi silahla təchiz edən əsas ölkədir. Baxmayaraq ki, Rusiya Minsk Qrupunun həmsədridir. Qəzet Azərbaycan prezidenti İlham Əliyevin son çıxışlarından sitat gətirir. Yazır ki, Azərbaycan prezidenti Minsk Qrupunun rəhbərlərini Ermnistanı işğal etdiyi əraziləri boşaltmağa məcbur etməyə çağırıb.
“Həqiqət bundan ibarətdir ki, ərazilərimizin davam edən işğalı təkcə Ermənistanın işi deyil. Ermənistan aciz və kasıb ölkədir. O, çarəsiz vəziyyətdədir. Əlbətdə, Ermənistanın müxtəlif paytaxtlarda ciddi himayəçiləri olmasaydı, bu münaqişə çoxdan həll edilmişdi” – İlham Əliyev Nazirlər Kabinetinin son toplantısındakı çıxışında deyib.
Azərbaycan prezidenti bu il ölkənin hərbi xərclərinin Ermənistanın 2,7 milyard dollarlıq büdcəsindən xeyli artıq olacağını da deyib.
Ermənistan prezidenti Serj Sərkisyan isə buna öz hədələri ilə cavab verib: “Qızmış beyinlər sürprizlər gözləməlidir”.

Qarabağ üzrə ekspert Tomas de Vall vəziyyəti şərh edərək deyir ki, 15 il əvvəl də vəziyyət pis idi. Ancaq o vaxt hər iki tərəfdən “bir ovuc səngərdə bir ovuc əsgər” öz adi silahları ilə dayanmışdı.

“İndi isə hər iki tərəfdə böyük miqdarda ağır silahlar var, bəzən tərəflərin mövqeləri bir-birindən cəmi 100 metr məsafədə yerləşir” – deyə Tomas de Vall bildirib.
O, əlavə edib ki, stavka hər il artır. Ekspert hər iki tərəfdən qaçqınlar, müharibə veteranları, rəsmilər, hərbçilər və digərləri ilə söhbətlərin nəticəsi olaraq deyir ki, tərəflər sülhdən daha çox müharibəyə hazırdır.
81431_src“Bizdə məsəl var”– Azərbaycan Müdafiə Nazirliyindən polkovnik Abdulla Qurbani amerikalı jurnalisti təmas xəttinin Azərbaycan tərəfinə səyahət zamanı müşaiyət edərkən deyir:“Torpağa su qarışanda palçıq olur, qan qarışanda isə bu torpaq vətəndir”.
“The New York Times”in əməkdaşı təmas xəttini keçərək Ağdam xarabalıqlarına baş çəkib, oradan işğal altındakı Şuşa şəhərinə gedib. Şuşa şəhərində qanunsuz məksunlaşmış erməni Anaida Qabrielyan amerikalı jurnalistlə söhbətində deyib ki, “bizim torpaqlarımız qanla suvarılıb”.
Şuşada yaşayan digər erməni qadın Qayane Avakyan isə deyir ki, onlar azərbaycanlıların bu şəhərə qayıtmasına yol verməyəcəklər.

“Çünki bura bizim torpaqlarımızdır” – erməni qadın bildirib.Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa şəhərinin icra başçısı Bayram Səfərov isə öz növbəsində deyir ki, azərbaycanlıların yeganə məqsədi Şuşaya qayıtmaqdır.

“Mən oradakı hər daşı tanıyıram”- Səfərov deyir.Qəzet adının açıqlanmasını istəməyən qərbli diplomatın da fikirlərinə yer verib. Diplomat bildirib ki, indi hər iki prezident xalqların sülhə hazır olmadığını etiraf edərdi. Reportajda deyilir ki, Azərbaycanda hələ də on minlərlə qaçqın ağır vəziyyətdə yaşayır.
Daha sonra Xankəndində yaşayan keçmiş Bakı ermənisi İrina Xaçaturyanın fikirlərinə yer verilir. Xaçaturyan deyir ki, Bakıya qayıtmağı çox arzulayır. O, 25 ildir Xankəndində məskunlaşdığını desə də ora isinişə bilmədiyini, özünü iynə üstündə oturmuş kimi hiss etdiyini deyir.
Qəzet qeyd edir ki, Dağlıq Qarabağın inzibati paytaxtı olan Xankəndində aerport var, ancaq işləmir. Və regionun erməni liderləri danışıqlar prosesində formal rola malik deyillər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Rusiya dünya düzənini pozmaqla məşğuldur”

Next Post

Dərd ortağının tənha qoyulması

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Dərd ortağının tənha qoyulması

Kreml “AzerRos” davasında Abbas Abbasovun tərəfini tutdu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.