"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sərhədlər açılmalıdır, kasıb insanların da qonşu ölkələrə getmək imkanı olmalıdır – QÜDRƏT HƏSƏNQULİYEV

25 Avqust 2023 - 18:16
in Cebhe-banner, MANŞET

Bu günlərdə bir qrup Gürcüstan azərbaycanlıları iki ölkə arasındakı sərhədlərin açılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qeyd edək ki, pandemiya dövrü başa çatsa da Azərbaycan hökuməti karantin rejimini davam etdirir. Bu isə ölkədə ciddi sosial narazılığa səbəb olub.

Onu da qeyd edək ki, ABŞ Dövlət Departamenti 2022-ci il üçün insan haqlarına dair hesabatında Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlamasını insan hüquqlarının pozuntusu kimi dəyərləndirib.

Zaman-zaman sərhədlərin açılması məsələsini gündəmə gətirən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə bu barədə danışdıq.

Deputat Gununsesi.info-ya özəl açıqlamasında sərhədlərin bağlı olmasını hökumətin yanlış qərarı kimi izah edib.

“Bu günlərdə bu məsələni parlamentdə qaldırdım. Hökumət üzvləri və Baş nazir də orada idi. Orada Baş nazir dedi ki, sərhədlər həm də “başqa məsələlərə” görə bağlanıb. Ətraflı məlumat vermədi ki, nəyə görə bağlanıb?! Bəziləri əsaslandırır ki, sərhədlərin bağlanmasının səbəbi azərbaycanlıların qonşu ölkələrdə müalicə olunmasının, sərhədyanı ticarətin qarşısının alınmasıdır. İddia olunur ki, ölkədən çoxlu valyuta çıxarılır. Bundan başqa bu prosesdə “AZAL”ın çox qazanması amili də səsləndirilir.

Mən də birmənalı şəkildə düşünürəm ki, sərhədlərin qapalı saxlanılması “COVİD”ə görə deyil. Bu, mənim daxili inamımdır”.

Deputat sərhədlərin qapalı olmasının izahını hansısa “təxribatçı qüvvələrin ölkəyə kütləvi şəkildə gəlməsi və terror aktları törətmək” planı ilə əlaqələndirməyi də ciddi qəbul etmir.

“Hökumət bunu “COVİD” ilə əsaslandırır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan edib. Avropa Şurası ölkələrinin içində Azərbaycandan başqa öz sərhədlərini bağlı saxlayan bir ölkə yoxdur. Dəfələrlə təşəbbüslə çıxış etmişəm: Sərhədlər açılmalıdır. Kasıb və yoxsul insanların da, xarici və qonşu ölkələrə getmək imkanı olmalıdır. Təyyarə biletlərini almaq o yoxsul adamların imkanları xaricindədir. Onların Gürcüstanda, Rusiyada, Cənubi Azərbaycanda qohumları var. Amma bu ölkələrə gedib-gəlmək imkanı yoxdur”.

Q. Həsənquliyev bildirb ki, İrandan “təxribatçıların” gəlməsi məsələsi az inandırıcıdır.

“Ciddi qəbul etmirəm. Daxili İşlər Nazirliyi var, Dövlət Təhlükəsizlik Xidməti var. Millətimiz özü ayıq-sayıqdır. Bu gün Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinə sərhədlərin mühafizəsi üçün ABŞ-dan ən müasir texniki avadanlıqlar alıb. Hesab edirəm ki, bu arqument yersizdir”.

Qüdrət Həsənquliyev sərhədlərin bağlı qalmasının siyasi baxımdan da uğursuz qərar olduğunu deyib: “Bu, həm də Cənubi Azərbaycanla əlaqələrimizin kəsilməsi deməkdir. Təyyarə biletləri o qədər bahadır ki, gedib-gəlmək mümkün deyil”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Almaniya “Şimal axını” qaz kəmərini qorumaq tədbirlərdən imtina etdi

Next Post

Finlandiyadan  Ukraynaya yeni hərbi yardım paketi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Finlandiyadan  Ukraynaya yeni hərbi yardım paketi

Finlandiyadan  Ukraynaya yeni hərbi yardım paketi

Danimarka Quranın yandırılmasını qadağan edəcək

Danimarka Quranın yandırılmasını qadağan edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.