"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yunanıstan SOCAR-la 400 milyonluq müqaviləni ləğv edir

02 Fevral 2015 - 11:33
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

img1729997Yunanıstanın sollardan ibarət yeni hökuməti bəzi özəlləşdirmə layihələrinə yenidən baxacaqlarını açıqlayıb. Virtualaz.org saytı xəbər verir ki, bu haqda seçkilərdə qalib gələn Siriza Partiyasının qurduğu kabinetin ətraf mühit və energetika naziri Panayotis Lafazanis bəyan edib. “Röyter” agentliyinin yaydığı məlumatda deyilir ki, Lafazanis Yunanıstanın dövlət qaz təchizatı şirkəti DEPA-nın səhmlərinin üçdə ikisinin satışından tamamilə imtina etdiklərini açıqlayıb.
Bundan əvvəl Yunanıstan hökuməti ölkənin nəhəng məbləğdə xarici borclarını azaltmaq və defolt təhlükəsindən xilas olmaq üçün dövlət əmlakının özəlləşdirilməsi proqramı çərçivəsində DEPA şirkətini satışa çıxarmışdı. Bu şirkətin satışına dair tenderdə əvvəlcə Rusiyanın “Qazprom” şirkəti əsas iddiaçı idi, Azərbaycan Dövlət Neft Şirkəiti də DEPA-nın səhmlərini almağa iddia edirdi. Lakin daha sonra SOCAR bu niyyətindən imtina edib Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətini almağa qərar verdi. Yunan hökuməti isə DEPA-nın satışına dair yeni tender elan etdi, SOCAR 2013-cü ildə DESFA şirkətinin səhmlərinin üçdə ikisini 400 milyon avroya almaq barədə sövdələşmə bağladı.
Ancaq sərt qənaət tədbirlərini ləğv edəcəklərinə dair vədlər verib seçkiləri udan populist solçuların hökuməti Yunanıstanın strateci əhəmiyyətli enerji aktivlərinin satışından imtina edir. Keçmiş kommunist, 63 yaşlı Lafazanis deyib ki, yeni hökumət DEPA şirkətini heç bir halda satmayacaq. “Biz heç bir halda qaz təchizatı şirkəti DEPA-nı özəlləşdirməyəcəyik və onu heç bir maraqlı tərəfə satmayacağıq”,- deyə nazir bildirib.
SOCAR-la bağlı müqaviləyə gəlincə, nazir deyib ki, hökumət bu layihəyə dair ancaq Avropa Komissiyasının rəyindən sonra qərar verəcək. Avropa Komissiyası hazırda DESFA şirkətinin SOCAR-a satışının antiinhisar haqda ittifaqın normalarına nə dərəcədə cavab verdiyini araşdırır və qərarını yaxın iki ayda verməlidir.
Bundan əvvəl Avropa Komissiyası bu sövdələşməyə dair ilkin rəyini açıqlayaraq onun antiinhisar haqda normalara zidd ola biləcəyini bəyan etmişdi. “Biz Avropa Ittifaqının rəqabət üzrə komissiyasının qərarını gözləyirik və bu qərar açıqlanandan sonra öz adddımlarımızı atacağıq”,- Lafazanis bildirib.
Azərbaycan hakimiyyəti bu məsələdən ciddi narahat olub. Iqtidarın nəzarətində olan media orqanlarının Yunanıstanın yeni hökumətinin bu addımını sərt tənqid etməsi bu qənaəti yaradır. Hökumət mediası Yunanıstanın Avropa Ittifaqının qərarını gözləməsini də təsadüfi saymır. Avropa Ittifaqı ilə Azərbaycan hakimiyyəti arasında münasibətlər gərgindir. Bu baxımdan görünür, Azərbaycan hakimiyyəti qərarın necə olacağını və Yunanıstanın hansı addımları atacağını artıq müəyyənləşdirib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Maşaninin Putini

Next Post

Türkmənlər Xəzərdə İranın qayığını batırıblar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkmənlər Xəzərdə İranın qayığını batırıblar

Kadırov rus telekanalında Cövhər Dudayevi söydü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.