Avqustun 25-də Sumqayıt Heydər Əliyev mərkəzində “Rəssamlardan təhsilə dəstək” adlı xeyriyyə sərgisi keçirilib.
Elchi.az-ın xəbərinə görə, sərgidə Aygün İlyasovanın tələbələrinin rəsmləri satışa çıxarılıb.
Satışdan əldə olunan gəlir ilə imkansız ailələrin övladları üçün məktəb ləvazimatları alınacaq. Tədbirin təşkilatçısı olan Aygün İlyasova sərgi haqqında öz fikirlərini bu cür bildirib: “Belə tədbirlər tələbələrimizə sevgilərini bölüşməyi öyrədir”.





