Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani cəbhədəki vəziyyətdən danışıb
Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani son günlər Erməni Silahlı Qüvvələrinin cəbhədə aktivləşməsini Ermənistandakı ciddi gərginliklə əlaqələndirir.
ANS TV-nin məlumatına görə, O, erməni hökumətinin qəzəbli xalqın fikrini başqa istiqamətə yönəltmək üçün atəşkəsin intensiv pozulması ilə baş qatmağa çalışdığını deyir.
Abdulla Qurbani Ermənistanda xalqın prezidentin istefaya getməsini istədiklərini deyir. Onun sözlərinə görə, ermənilərin ruslarla olan münasibəti yerli xalqın “səbr kasa”sını daşırıb. Buna görə də Ermənistan tərəfi istəyir ki, insan fikirlərini başqa tərəfə yönəltsin.
ANS TV



