İş adamı Yevgeni Priqojinin istifadə etdiyi təyyarələrdən birində şübhəli yad şəxs tapılıb. Elchi.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” yazır.
Nəşr iddia edir ki, qəzaya uğrayan Embraer iyun ayında Moskvada təmir olunarkən ondan istifadə edən Priqojin olub.
Yazda təyyarənin təmizlənməsi əmri verilib, lakin “Hawker” texnikinə bu barədə xəbərdarlıq edilməyib. O,
Daha əvvəl “MK” yazıb ki, təyyarənin uçuşundan bir neçə saat əvvəl iş adamı Yevgeni Priqojinin olduğu Tver vilayətində qəzaya uğrayan təyyarəyə iki tanımadığı şəxs çıxıb. Təyyarənin sahibinin təyyarəni satmağı düşündüyü iddia edilir. Avqustun 23-də səhər saatlarında özlərini alıcının nümayəndəsi adlandıran iki nəfər “Embraer 135BJ Legacy 600” təyyarəsinin yerləşdiyi Moskvanın Şeremetyevo hava limanına gəlib və aviaşirkətin meneceri və ikinci pilot Rüstəm Kərimovun müşayiəti ilə hava gəmisinə baxış keçiriblər.
Havar Şəfiyeva






