Britaniyanın Devon qraflığında polis zibil qabında təqiblərdən gizlənməyə çalışan şəxs saxlanılıb. Elchi.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı polis helikopterinin göyərtəsində quraşdırılmış termal kamera sayəsində tapıblar. Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın Böyük Mançester şəhərinin Rochdale şəhərində polisin avtomobil oğurluğuna görə axtarışda olan yeniyetməni nəhəng oyuncaq ayının içərisində tapdığı bildirilmişdi. Məlum olub ki, o, oyuncağın arxasını kəsərək içəridə gizlənib.
Havar Şəfiyeva





