Amerikalıların əksəriyyəti hesab edir ki, ABŞ prezidenti Co Baydenin yaşı ikinci prezidentlik müddətinə maneədir.
Elchi.az Reuters.com-a istindən bildirir ki, bunu “AP-NORC” İctimaiyyətlə Əlaqələr Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Dərc edilmiş məlumatlara görə, respondentlərin 77%-i Baydenin effektiv rəhbərlik etmək üçün çox qoca olduğunu bildirib. Respublikaçılar Partiyasının tərəfdarlarının 89 faizi, Demokratların isə 69 faizi bu fikirdədir.
Sorğunun nətiələri kimi, amerikalıların əksəriyyəti gənclərin hakimiyyətdə olmasının tərəfdarıdır.
Belə ki, respondentlərin 68%-i ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlüyünə namizədlər üçün, 66%-i isə prezidentliyə namizədlər üçün yaş məhdudiyyətinin qoyulmasının tərəfdarıdır.
Yeganə






