Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətindən sonra Vilnüsə qaçacaq. Elchi.az xəbər verir ki, bu barədə keçmiş məsləhətçi Duqlas Makqreqor “YouTube”dakı bloqunda bildirib.
“Zelenski bir gözəl gün yoxa çıxacaq, Vilnüsə, Mayamiyə və ya Kiprə uçacaq və oğurladığı milyonları özü ilə aparacaq” deyən zabit Ukrayna qoşunlarının əvvəlcə Rusiyanın müdafiə xəttini keçmək şansının olmadığını qeyd edib.
Bundan əvvəl Makqreqor bildirib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinin süqutundan sonra öz qoşunlarını Ukraynaya göndərə bilər.
Havar Şəfiyeva




