ABŞ prezidenti Co Baydenin Hindistanda keçirilən G20 Liderlər Sammitindən sonra Vyetnamın paytaxtı Hanoyu ziyarət edəcəyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada ABŞ prezidenti Co Baydenin 9-10 sentyabr tarixlərində Hindistanda keçiriləcək G20 Liderlər Zirvə Toplantısından sonra Vyetnamın paytaxtı Hanoya gedəcəyi bildirilib.
“Bayden Birləşmiş Ştatlar və Vyetnam arasında əməkdaşlığın yaxşılaşdırılması yollarını müzakirə etmək üçün Baş katib Nguyen Phu Trong və digər əsas liderlərlə görüşəcək. Liderlər texnologiya və innovasiyaya əsaslanan Vyetnam iqtisadiyyatının böyüməsini təşviq etmək imkanlarını araşdıracaqlar. Təhsil mübadiləsi vasitəsilə icmalararası əlaqələrimizin genişləndirilməsi, iqlim böhranı ilə mübarizə, regionda sülhün, firavanlığın və sabitliyin artırılması məsələləri müzakirə olunacaq.
Bayden daha sonra hərbçilər və onların ailə üzvləri ilə birlikdə 2001-ci il 11 sentyabr terror aktlarının 22-ci ildönümünü qeyd etmək üçün həyat yoldaşı Cil Baydenlə birlikdə Alyaskaya gedəcək.
Nuranə Məmmədova




