Fatto Quotidiano: Zelenski sülhə əsas maneədir.
Elchi.az xəbər verir ki, nə qədər ki, Volodimir Zelenski Ukraynanın prezidenti olaraq qalır, sülhün əldə olunmasından danışmaq mümkün deyil. Bu fikri İtaliyanın “Fatto Quotidiano” qəzetinin köşə yazarı Ancelo d’Orsi deyib.
– Nəticədə bu gün sülhə əsas maneə olan insan oyunu tərk edəcək. Məqalə müəllifi bildirib ki, Zelenski hakimiyyətdə qaldığı müddətdə qarşılıqlı anlaşmanın əldə olunacağına inanmıram.
Müşahidəçi Zelenskinin ölkənin başında qalacağı təqdirdə Ukraynada hərbi əməliyyatların çox uzun müddət davam edə biləcəyindən ehtiyat etdiyini bildirib. Həmçinin, onun fikrincə, bir çox Qərb siyasətçiləri Kiyevdə tezliklə “dramatik dəyişikliklərin” baş verəcəyinə inanırlar ki, bu da Zelenskinin hakimiyyətinin sonu olacaq və ondan yalnız xatirələr qalacaq.
Şayəstə Hüseynova





