Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı Türkiyədə mitinq keçiriləcək
Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Türkiyə Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin birgə təşkilatçılığı ilə (ASİM-DER) Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda öz yaxınlarının qəbirlərini ziyarət etmək üçün gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi ilə bağlı fevralın 4-də Türkiyə vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 16:00-da) Birləşmiş Millətlər Təşkilatının Ankaradakı ofisi önündə etiraz aksiyası keçiriləcək.
BDM-dan ANS PRESSə bildirilib ki, keçiriləcək aksiya icazəlidir və məqsəd Azərbaycanlı girovlardan işgəncələr altında ifadələrin alınması, əsir və girovlara qarşı qeyri-insani, bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq işgəncələrin davam etdirilməsi dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Həmçinin aksiyada azərbaycanlı girovların dərhal azad olunması, ATƏT-in Minsk qrupunu, BMT-nin Təhlükəsizlik Şurasını, xüsusilə qərbin aparıcı dövlətlərini ikili standartlardan əl çəkməsi, təcavüzkar Ermənistana qarşı təziqlərin artırılması və işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad olunması ilə bağlı çıxarılmış qətnamələrin icra edilməsi tələb ediləcək.
ANS PRESS



