ABŞ 2023-cü ilin fevralında Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Rusiyanın nüvə sınaqlarının bərpasından narahatdır.
Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının iclasında ABŞ Dövlət Departamentinin rəhbərinin müavini Bonni Cenkins deyib.
“Biz son il yarım ərzində Rusiya Federasiyasının narahatedici nüvə ritorikasından , xüsusən də prezident Vladimir Putinin fevralda Rusiyanın sınaqları bərpa etmək istəyi ilə bağlı bəyanatından narahatıq . Bu bəyanat Rusiyanın Nüvə Sınaqlarının Əhatəli Qadağası Müqaviləsindən irəli gələn öhdəliklərinə ziddir”, – deyə o bildirib.
2023-cü ilin fevralında Putin bəyan etdi ki, əgər ABŞ ilk olaraq yeni strateji və taktiki silahların nüvə sınaqlarını keçirsə, o zaman Rusiya belə bir addımı əks etdirə bilər. Eyni zamanda Rusiya lideri Müdafiə Nazirliyinə və Rosatom-a Rusiya nüvə silahlarının sınaqlarına hazırlığı təmin etməyi tapşırıb.
Nuranə Məmmədova





