Birləşmiş Ştatlar Administrasiyası Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketinə HIMARS çoxsaylı reaktiv yaylım atəş sistemləri, hava hücumundan müdafiə sistemləri üçün raketlər və artilleriya sursatları daxil edib.
Elchi.az bu barədə TASS xəbər agentliyinə istinadən xəbər verir.
“Bu gün biz öz ərazisini və xalqını müdafiə edən Ukraynaya növbəti hərbi yardım paketini elan edirik. Bu paketə Ukraynaya döyüş meydanında kömək edəcək mühüm avadanlıq daxildir. Buraya hava hücumundan müdafiə üçün AIM-9M raketləri, HIMARS üçün mərmilər, 155 mm-lik və 105 mm-lik artilleriya sursatları, minatəmizləmə avadanlığı, tank əleyhinə raket sistemləri Javelin və digər tank əleyhinə sistemlər və raketlər, atıcı silahlar üçün 3 milyondan çox patron, təcili yardım maşınları daxildir.
Dövlət katibi əlavə edib ki, bu hərbi yardım paketinin həcmi 250 milyon dollardır.
Nuranə Məmmədova





