Gecə saatlarında Odessada partlayışlar baş verib.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Təfərrüatlar verilmir, yerli hakimiyyət orqanları isə vəziyyəti şərh etmir.
Odessa vilayətində də Ukraynanın əksər hissəsində davam edən hava hücumu xəbərdarlığı elan edilib.
Bundan başqa, Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində və Çerkassı vilayətində də partlayış səsləri eşidilir.
Kiyev, Vinnitsa, Çerniqov, Jitomir və ölkənin digər 6 regionunda hava hücumu ilə bağlı həyəcan siqnalı verilir.
Nuranə Məmmədova




