Mərkəzi Afrika ölkəsi Qabonda bir qrup əsgər “hakimiyyəti ələ keçirdiklərini” bildiriblər. Elchi.az xəbər verir ki, əsgərlər ölkədə prezident Əli Bonqonun üçüncü dəfə qalib gəldiyi seçkilərin ləğv edildiyini açıqlayıb.
Qabon 24 televiziya kanalına çıxan əsgərlər ölkədəki bütün təhlükəsizlik və müdafiə qüvvələrini təmsil etdiklərini iddia ediblər.
Seçki nəticələrinin ləğv edildiyini bildirən əsgərlər, növbəti xəbərə qədər bütün sərhədlərin bağlı olduğunu və dövlət qurumlarının ləğv edildiyini bildiriblər.
OPEC üzvü olan ölkənin hökumətindən hələlik heç bir açıqlama verilməyib.
Şayəstə Hüseynova




