Elchi.az xəbər verir ki, Cənubi Koreya Şimali Koreyanın şərq sularına ballistik raket atdığını açıqlayıb.
Cənubi Koreya Baş Qərargahının bəyanatında raketin uçuş məsafəsi ilə bağlı təfərrüatlar verilməyib.
Buraxılışın ABŞ-ın Cənubi Koreya ilə illik təlimləri çərçivəsində Koreya yarımadasına uzun mənzilli B1-B bombardmançıları göndərməsindən qısa müddət sonra baş verdiyi bildirilir.
Nuranə Məmmədova




