Çin lideri Xi Jinping Hindistanda keçiriləcək G20 sammitinə getməkdən imtina edə bilər, Əvəzində Çini Baş nazir Li Qiang təmsil edəcək. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” “CPC” sədrinin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl məlum olub ki, Rusiya prezidenti Vladimir Putin də G20 sammitinə getməyəcək. Onun adından sammitdə Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.
Havar Şəfiyeva





