Qoşunların Əfqanıstandan çıxarılmasından iki il sonra ABŞ prezidenti Co Baydenin administrasiyası Taliban ilə əlaqələri genişləndirməkdən imtina edir. Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Nəşr qeyd edir ki, ABŞ qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra bu ölkə vətəndaş müharibəsindən yayınıb. Taliban bir çox məqamlarda insan hüquqlarını pozsa da, korrupsiyaya qalib gələ və Əl-Qaidə kimi terror qruplarına qarşı mübarizə apara bilib.
Lakin ABŞ Əfqanıstana faktiki nəzarət edən hərəkatla əlaqələri genişləndirməkdən imtina edir. Vaşinqtonun humanitar yardımı ölkədə ifrat yoxsulluğu aradan qaldıra, eləcə də su təchizatı, enerji sistemi və ya bank işi ilə bağlı problemlərin həllinə kömək edə bilər. Üstəlik, ABŞ-ın tətbiq etdiyi sanksiyalar xarici investisiyaları məhdudlaşdırır və iqtisadi vəziyyəti daha da gərginləşdirir.
Bundan əvvəl məlum olub ki, Taliban qadınların Bandi Amir Milli Parkını ziyarət etməsinə qadağa qoyub.
Havar Şəfiyeva




