"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

6,6 mln. manatı vergidən yayındıran mütəşəkkil dəstənin üzvləri tutulub

02 Fevral 2015 - 17:38
in XƏBƏR LENTİ

img1735557Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan növbəti çox epizodlu və mürəkkəb tərkibli cinayətin ibtidai istintaqı başa çatıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, Azərbaycan vətəndaşları, əvvəllər məhkum olunmuş Abbasov İlkin Cahangir oğlu İsmayılov Ələkbər Hüseyn oğlu ilə qabaqcadan əlbir olaraq bir neçə nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaradaraq 2011-2013-cü illər ərzində külli miqdar təşkil edən 1 mln. 702 min 467 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb. Bu məqsədlə o, cəmi 106 sayda müəssisə yaradaraq, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqla cinayət əməlləri törədib.
İ.Abbasov Ə.İsmayılovu təsis etdiyi “Nur Yapı Group” MMC-yə, Kazımov Fikrət Əliəkbər oğlunu “Venta Group” MMC-yə, Mirzəyev Allahyar Adaşil oğlunu 54 sayda MMC-yə, Əsgərov Dərgah Fəzail oğlunu 23 sayda MMC-yə, Fətullayev Samir İzmir oğlunu  isə 28 sayda MMC-yə direktor vəzifəsinə təyin etdirsə də, bu müəssisələrə faktiki özü rəhbərlik etmiş, cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsini nəzərdə tutan əməliyyatlar aparmış, vergi ödəyicilərinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53,1, 72, 77.3, 78.1, 104.1, 105.1, 155.1, 157, 177.1, 177.2 və 220.1-ci maddələrinin tələblərini pozaraq vergi orqanına ya bəyannamə təqdim etməmiş, yaxud təqdim etdiyi bəyannamələrə gəlirlər və xərcləri barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
İlkin Abbasov atası – əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.12.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə  azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda həmin iş üzrə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Abbasov Cahangir Oktay oğlu ilə də cinayət əlaqəsinə girərək, atasının direktor olduğu “Qlobus M” MMC-nin Samux rayonunun Poylu və Salahlı kəndlərində yerləşən hər biri 180 yerlik orta məktəb binalarının  tikintisi zamanı  görülmüş işlərin təhvil verilməsinə dair aktları (forma 2) atasının əvəzinə imzalayaraq onunla birlikdə 2011-ci ilin dekabr ayı üzrə cəmi 152 min 446 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb. Müəyyən edilib ki, C. Abbasov “Qlobus M” MMC-nin təsisçisi Ə. İsmayılov, D. Əsgərov və öz oğlu İ. Abbasovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək,  müxtəlif vaxtlarda onları “Qlobus M” MMC-yə direktor vəzifəsinə təyin edib, lakin həmin məhdud məsuliyyətli cəmiyyətə faktiki özü rəhbərlik edərək, 914 338 manat, bundan əlavə “Tərtər inşaat” MMC-nin fəaliyyətinə də faktiki rəhbərlik edərək 3 mln. 748 min 999 manat, ümumilikdə külli miqdar təşkil edən 4 mln. 663 min 338 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Ə.İsmayılov “Nur Yapı Qroup” MMC-nin direktoru vəzifəsində işləyərkən I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılmasına dair xüsusi razılıq (lisenziya) almadan “Cənubtikintiservis” ASC-nin Bakı şəhəri G. Əliyev küçəsi-25 ünvanından elektrik avadanlıqlarının yeni tikilmiş elektrik stansiyasının binasına köçürülməsi, kabel xətlərinin çəkilməsi, şəbəkəyə qoşulması və layihə topoqrafik planalma işlərinin yerinə yetirilməsi üzrə qanunsuz sahibkarlıq fəaliyyəti ilə  məşğul olaraq xeyli miqdar təşkil edən 2 mln. 863 min manat məbləğində gəlir əldə edib. O, “Səma inşaat” MMC-nin direktoru vəzifəsində işləyərkən də Salyan rayonu Yolüstü-Kürsəngi kəndlərini birləşdirən avtomobil yolunun əsaslı təmiri işlərini qanunsuz sahibkarlıq fəaliyyəti ilə  məşğul olaraq yerinə yetirib və külli  miqdar təşkil edən 722 min 895 manat məbləğində gəlir əldə edib.
Araşdırma zamanı mütəşəkkil cinayətkar dəstənin üzvləri dəfələrlə törətdikləri əməllərdən yaxa qurtarmaq və istintaqı çaşdırmaq, həqiqətin ortaya çıxmasına maneçilik törətməyə çalışıb,  Abbasov İlkin Cahangir oğlu, Əsgərov Dərgah Fəzail oğlu və Mirzəyev Allahyar Adaşil oğlu isə  müəyyən müddət istintaq orqanından gizlənmişlər. Lakin qeyd olunan şəxslər tərəfindən sadalanan cinayət əməllərinin törədilməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla – ilkin mühasibatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanması, tanınma protokolları, keçirilmiş baxışlar, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam təsdiqini tapıb.
Cinayət işi üzrə mütəşəkkil cinayətkar dəstənin üzvlərinə qarşı verilmiş mülki iddianın ümumi məbləği 6 mln. 611 min 96 manat təşkil edib.
Qeyd olunanlara əsasən cinayətkar dəstənin bütün üzvlərinə 24 dekabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri üzrə ittihamlar elan edilib. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin qərarı ilə 2014-cü ilin dekabr ayında cinayətkar dəstənin digər üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi ittiham aktı ilə təsdiq olunması üçün  Respublika Baş Prokurorluğuna göndərilib.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Masallının icra başçısı camaatı hədələdi

Next Post

Deputatdan idman mərc oyunlarının ləğv olunması təklifi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Deputatdan idman mərc oyunlarının ləğv olunması təklifi

“Gənclər Günü Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.